Bank Of Baku

Samir Zərgərov: “Milli komandaya çağırılmağım mənim üçün gözlənilməz olmadı”

Samir Zərgərov: “Milli komandaya çağırılmağım mənim üçün gözlənilməz olmadı”
# 10 dekabr 2010 09:28 (UTC +04:00)
Bakı – APA. “Milli komandaya çağırılacağımla bağlı çoxdandır söhbət gəzirdi. Sağ olsunlar ki, mənə dəvət göndərdilər”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun futbolçusu Samir Zərgərov deyib.

Premyer Liqada sentyabr ayının ən yaxşı futbolçusu seçilən gənc yarımmüdafiəçi yığmamızın dekabrın 13-dən 16-dək Bakıda keçiriləcək təlim-məşq toplanışına çağırılıb. Zərgərov bildirib ki, xeyli vaxtdır millidən dəvət gözləyirmiş: “Bu, mənim üçün elə də gözlənilməz olmadı. Çünki çağırılacağımı təxmin etmişdim. Bilirdim ki, nə vaxtsa dəvət edəcəklər. Qismət belə oldu ki, bu dəfə çağırıldım. Sevinirəm ki, nəhayət, əsas yığmanın sıralarında olacağam”.

Yığmamızın baş məşqçisi Berti Foqts toplanışa əsasən namizədləri dəvət edib və onlardan ən yaxşılarını seçərək, gələn ilin yanvarında Dubay toplanışına aparacaq. Samir bundan maksimum yararlanıb, “Gəncə”nin millidə yeganə oyunçusu kimi layiqli təmsilçi olmaq fikrindədir: “Mən də hər bir futbolçu kimi yığmaya düşməyə çalışacağam. Toplanışda əlimdən gələni edəcəyəm ki, Dubaydakı hazırlıq prosesinə də çağırsınlar. Mən buna özümü hazır sayıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR