Ağasəlim Mircavadov: “İcazə versələr, biz də işləyərik” - MÜSAHİBƏ
- Hələlik bir şey yoxdur. Görək də, sağlıq olsun. İcazə versələr, biz də işləyərik.
- Nəyə görə icazə verilməlidir ki?
- Yerli məşqçiyə icazə lazımdır. Bizdə xarici məşqçilər və futbolçulara üstünlük verirlər.
- Sizcə, yerli məşqçilərin qarşısında niyə “qımızı işıq yanıb”?
- Nə bilim, deyə bilmərəm. Bunu yazdınız, yazmadınız, mənası da yoxdur. Ancaq Allahın köməyi ilə iş olacaq. Həmişə demişəm, deyəcəyəm də: futbolumuzu yerli məşqçilər qaldıracaq. İndiyədək ölkəmizə nə qədər məşqçi gəlib, buna etiraz etmirəm. Ancaq istədiyim odur ki, iz qoysunlar. Bununla yanaşı, əcnəbi çalışdırıcıların köməkçiləri yerli məşqçi olmalıdır. Əcnəbi gedəndən sonra onun işini yerlilər həyata keçirməlidir. Ancaq əfsuslar olsun ki, əcnəbi 3-4 nəfəri də özü ilə gətirir. Müqavilə bitən kimi də qayıdırlar. Onun əvəzinə gələn yerli məşqçi də işə sıfırdan başlayır. Əslində, belə olmamalıdır.
- Cari mövsümdə hansısa klubdan təklif almısınızmı? Bəlkə eləsi olub ki, iddianıza uyğun gəlmədiyi üçün qəbul etməmisiniz?
- Yox, belə şey olmayıb. Təklif almamışam, heç kim mənimlə maraqlanmayıb. Oyunlara çox getmirəm.
- Hazırda klublarımızı çalışdıran yerli məşqçilərdən Nazim Süleymanov, Arif Əsədov, Qurban Qurbanov rəhbərliyiniz altında oynayıb. Onlarla xarici məşqçilərin işini müqayisə edəndə, hansı qənaətə gəlirsiniz?
- Çox şadam ki, öz məşqçilərimiz çalışırlar, yaxşı da işləyirlər. Bilirsiniz, bir səhvlə məşqçinin bütün iş əmsalını da pozmaq olmaz. Məsələn, almaniyalı Vinfred Şafer “Bakı”ya çox iddialı gəlmişdi, yaxşı heyəti var. Ancaq “Bakı” yerli məşqçilərin vaxtında da yaxşı oynayırdı. Həmin vaxt komandada yerli futbolçular çox idi.
- “Bakı” hesabat turunda “Neftçi”yə qalib gəlməklə, lideri dəyişdi. Bu oyunu izlədinizmi?
- Bəli. Deyim ki, “Neftçi” həmin görüşdə çox zəif oynadı. “Bakı” isə əksinə, layiqli qələbə qazandı. Adamın üstündə Allah var, bunu qeyd etmək lazımdır. Bir şeyi də deyək ki, “Bakı”nın güclü oynamağında “Neftçi” zəif təsir bağışlamasının da təsiri oldu. Yəni, biri güclü oynayanda, digəri zəif olur.
- Son klubunuz “Xəzər Lənkəran” həmin turda liderliyə qayıtdı. Bunu necə qarşıladınız?
- Normal. Həmişə demişəm ki, “Xəzər Lənkəran” yarandığı vaxtdan iddialı olub, olacaq da. Baş məşqçi postunda əcnəbi və ya yerli olmasına baxmayaraq, bu komanda həmişə çempionluq uğrunda mübarizə aparacaq. Çünki “Xəzər Lənkəran”ın özülü belə qurulub və mən bunu alqışlayıram.
- 7 komanda “altılıq” uğrunda mübarizə aparır. Amma biri sonda kənarda qalacaq. II dövrənin sonu ilə bağlı proqnozunuz necədir?
- Mən proqnoz vermirəm. Onu deyə bilərəm ki, gərgin mübarizə olacaq. Bu il qalan son iki oyun çox vacibdir. Xüsusilə, “Bakı” üçün. Bu komanda “İnter”i qəbul edəcək, sonra “Qəbələ” ilə səfər oyununa çıxacaq. Deyərdim ki, “Bakı” üçün bu iki oyun ölüm-dirim savaşı olacaq. Hər ikisində qələbə çalsa, “altılığ”a düşməsi üçün böyük şans qazanacaq. Ancaq birində büdrəsə, işi çətinləşəcək. Bunlar onu göstərir ki, oyunlarda gərginlik var.
- Xaricdə futbolçuların transfer qiymətləri və məşqçilər təklif olanda bunu mətbuata açıqlayırlar. Ancaq bizdə bunlar gizli saxlanılır. Sizcə, niyə belədir?
- Təklif deyəndə ki, gərək reallaşsın sonra da açıqlansın.
- Təklif başqa, reallıq başqa...
- Heç vaxt özümü reklam etməmişəm. Bundan uzağam. 20 il öncə reklam olunmuşam.
- Bu, aydın məsələdir. Sadəcə, vətəndə boş qalmaqdansa, gedib xaricdə işləmək olar...
- Məndə xaricdə işləmək imkanı həmişə olub. Ancaq nəsə qismət olmayıb. O mənada ki, evdə ailə problemləri ilə əlaqədar. Xaricdə işləmək üçün gərək ailəni də aparasan. Aparmadınsa, bu iş deyil ki. Get-gəl, ora-bura qaçacaqsan, rahat işləyə bilməyəcəksən.
- Misal üçün, sizə Rusiyada yaşamaq çətin olar?
- Yox. Mən orda oxumuşam, normaldır. Ancaq indiki vaxtda nəvələr var, uşaqlar işləyirlər. Elə şeylər var ki, onu burda həll etmək lazımdır. Həmişə ailəmə, həyat yoldaşıma, nəvələrimə görə çalışmışam.
- Rusiyada hələ də sizi tanıyan, maraqlanan klub varmı?
- Ola bilər. Sadəcə, biri var maraqlanır, biri də var təklif edir, danışıq olur. Bunlar fərqli şeylərdir. Elə siz də mənimlə “Neftçi”də işlədiyim zaman “Birlik kuboku”na gedəndə Rusiyadakı jurnalistlərin mənimlə maraqlandığını gördünüz. Aydın məsələdir ki, köhnə məşqçilər məni yaxşı tanıyırlar. Allaha şükür, özünüz da bunun şahidi oldunuz. Misal üçün, hakimimiz Rüstəm Rəhimovu orada yaxşı tanıyırlar. Kim orda çalışıbsa, həmin mehribançılıq indiyə kimi qalıb.
- İndi qış fasiləsidir və təklifi reallaşdırmağın əsl vaxtıdır. Sonra gec olacaq, yaya qalacaq...
- Allah hamının ruzisini verir. Ancaq evdə oturub, Allahın ruzisini ümid etmək – bu da düzgün deyil.
Futbol
London derbisində “Arsenal” “Çelsi”ni məğlub edib
İspaniya La Liqası: “Barselona” səfərdə “Valensiya”nı darmadağın edib
Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub
La Liqa: “Real Madrid” bu mövsüm ilk məğlubiyyətini alıb
Xəbər Lenti
Uitkoff: Rusiya ilə danışıqlar olmadan sülh şansı azdır
"Amazon"un yük təyyarəsi Mayami hava limanı yaxınlığında qəzaya uğrayıb
Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
Şimali Kiprdə batan gəmidə itkin düşən daha 1 nəfərin meyiti tapılıb
Nepalda sel fəlakətində ölənlərin sayı 1344-ə çatıb
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
London derbisində “Arsenal” “Çelsi”ni məğlub edib
İspaniya La Liqası: “Barselona” səfərdə “Valensiya”nı darmadağın edib
Şəkidə piyadanı avtomobil vurub öldürüb
Zelenski Rusiya ilə danışıqlar prosesinin bərpa olunduğunu bildirib
Kuşner: Tramp Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı yeni təkliflər paketinin hazırlanmasını tapşırıb
Kabardin-Balkariyada alpinistlər qar uçqununun altında qalıb
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4362 nəfərə çatıb
Husilər Səudiyyə Ərəbistanına məxsus PUA-nı vurduqlarını açıqlayıblar
Ucarda yük avtomobili yanıb
Zelenskinin Uitkoff və Kuşnerlə görüşü başa çatıb, “Avropa üçlüyü”nün iştirakı ilə ikinci raund olacaq- VİDEO - YENİLƏNİB-1
Yağış yağacaq, leysan olacaq, dağ çaylarından sel keçəcək - XƏBƏRDARLIQ
Prezidentin sosial şəbəkə hesablarında HDQ qərargahını ziyarəti ilə bağlı paylaşım edilib
Dehlidə yataqxana binası uçub, 3 nəfər ölüb, 50 nəfər dağıntılar altında qalıb - VİDEO
İsrail Livanın cənubuna aviazərbə endirib, ölənlər var - YENİLƏNİB-1
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Şahin Mustafayev iranlı nazirlə dəmir yolu tikintisini müzakirə edib
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
Lavrov: Almaniya yenə müharibə istəyir
Roma Papası Ukrayna münaqişəsinin nizamlanması üçün yeni cəhdlərin uğurlu olmasını arzulayıb
Tibetdə torpaq sürüşməsində ölənlərin sayı 43 nəfərə çatıb, 519 nəfər itkin düşüb
Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub - FOTO - VİDEO
Çester divarlarından Çörçillin heykəlinə: Britaniyanın tarixi irsi hansı təhlükələrlə üzləşir? - ARAŞDIRMA
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var - FOTO
ABŞ-də milli irs vandalizmdən necə qorunur? - TƏHLİL
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Qubada yol qəzasında 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB
Almaniyanın Kil şəhərində aşkarlanan bombaya görə 5 mindən çox insan təxliyə ediləcək
Sabah yağış yağacaq, leysan olacaq
Türkiyədə tarixi abidələrin vandalizmə məruz qalması ciddi problemə çevrilib - FOTO
Astarada başına boru düşən Cəlilabad sakini ölüb
Prezident İlham Əliyev Esvatini Kralını Müstəqillik Günü münasibəti ilə təbrik edib
Misirdə keçmiş televiziya aparıcısı ölüm cəzasına məhkum edilib
BDYPİ gözlənilən hava şəraitində sürücülərə diqqətli olmağı tövsiyə edib
Yəməndə hökumət qüvvələri hücuma keçib, husilər strateji rayona nəzarəti itirib
Kreml Putin-Uitkoff-Kuşner danışıqlarının detallarını açıqlayıb
Dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
Ağdamda traktor minaya düşüb, xəsarət alan var - YENİLƏNİB
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ukrayna Ryazan neft emalı zavoduna PUA zərbəsi endirib
Tramp: İspaniya sərhədlərinə nəzarət edə bilmir
ABŞ hərbçiləri Sakit okeanda narkokartelə məxsus gəmiləri batırıb
Bloomberg: Süni intellekt üçün data mərkəzlərinin tikintisi ABŞ-də narazılıq yaradır
Merz: Almaniya hökuməti lazım olan ictimai dəstəyi ala bilmir