Bank Of Baku

Püşk Çempionlar Liqasının finalçılarını yenidən görüşdürdü

Püşk Çempionlar Liqasının finalçılarını yenidən görüşdürdü
# 17 dekabr 2010 13:32 (UTC +04:00)
Bakı – APA. Bu gün UEFA Çempionlar Liqasının (ÇL) püşkatması keçirilib. Apasport.az saytının məlumatına görə, iki cütdə daha maraqlı mübarizə gözlənilir. ÇL-nin ötən mövsümünü finalında görüşən “İnter”lə “Bavariya” bu dəfə artıq 1/8 finalda münasibətlərini aydınlaşdıracaq.
2006-cı ildə finalda rəqib olan “Barselona” ilə “Arsenal” ardıcıl ikinci mövsüm üzləşəcəklər. “Real”la “Lion” indiyə kimi həm qrupda, həm də pely-off mərhələsində rəqib olublar və püşk yenə onları görüşdürdü. Püşkdə ən çox “Çelsi”nin bəxtinin gətirdiyini demək olar. Hər halda, londonlular 1/8 finalın ən zəifi sayılan “Kopenhagen”i yenməkdə çətinlik çəkməməlidir.

1/8 final mərhələsinin oyunları

“Roma” (İtaliya) – “Şaxtyor” (Ukrayna)
“Milan” (İtaliya) – “Tottenhem” (İngiltərə)
“Valensiya” (İspaniya) – “Şalke” (Almaniya)
“İnter” (İtaliya) – “Bavariya” (Almaniya)
“Lion” (Fransa) – “Real” (İspaniya)
“Marsel” (Fransa) – “Mançester Yunayted” (İngiltərə)
“Arsenal” (İngiltərə) – “Barselona” (İspaniya)
“Kopenhagen” (Danimarka) – “Çelsi” (İngiltərə)

Qeyd edək ki, 1/8 final oyunları gələn ilin fevralında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR