Bank Of Baku

“Beşiktaş”ın bəxtinə Kiyev “Dinamo”su düşüb

“Beşiktaş”ın bəxtinə Kiyev “Dinamo”su düşüb
# 17 dekabr 2010 13:49 (UTC +04:00)
Bakı - APA. UEFA Çempionlar Liqasının (ÇL) ardınca Avroliqanın pley-off mərhələsinin püşkatması keçirilib. Apasport.az saytının məlumatına görə, ÇL-dən fərqli Avropanın 2-ci nüfuzlu turnirində birdən-birə iki mərhələnin – 1/16 və 1/8 finalın püşkü atılıb.
Türkiyənin avrokuboklarda yeganə təmsilçisi olan “Beşiktaş”in bəxtinə Avroliqanın qrup qalibi olan Kiyev “Dinamo”su düşüb. Düzdür, daha güclü rəqibin düşməsinin mümkünlüyünü nəzərə alsaq, püşkü “Qara Qartallar” üçün münasib saymaq olar. Ancaq digər tərəfdən, son illərdə Ukrayna klubları türklərin qəniminə çevrilib. Hər halda, “Metallist” yaxın keçmişdə elə həmin “Beşiktaş” və “Qalatasaray” UEFA kubokunda mübarizədən kənarlaşdırıb. “Qalatasaray”ın cari mövsümdə Avroliqanın qrupuna düşməsinə də ukraynalılar – Lvovun “Karpatı” klubu imkan vermədi.
“Beşiktaş” 1/8 finala çıxarsa, işi daha çətin olacaq. Çünki onun daha güclü rəqib - “Mançester Siti” gözləyəcək. Hər halda, bu komandanın 1/16 finalda “Aris”ə qalib gələcəyi daha inandırıcı görünür.

1/6 final mərhələsinin oyunları

1. “Napoli” (İtaliya) – “Vilyarreal” (İspaniya)
2. “Reyncers” (Şotlandiya) - “Sportinq” (Portuqaliya)
3. “Sparta” (Çexiya) – “Liverpul” (İngiltərə)
4. “Anderlext” (Belçika) – “Ayaks” (Hollandiya)
5. “Lex” (Polşa) – “Braqa” (Portuqaliya)
6. “Beşiktaş” (Türkiyə) – “Dinamo” (Ukrayna)
7. “Bazel” (İsveçrə) – “Spartak” (Rusiya)
8. “Yanq Boyz” (İsveçrə) – “Zenit” (Rusiya)
9. “Aris” (Yunanıstan) – “Mançester Siti” (İngiltərə)
10. PAOK (Yunanıstan) – MOİK (Rusiya)
11. “Sevilya” (İspaniya) – “Porto” (Portuqaliya)
12. “Rubin” (Rusiya) – “Tvente” (Hollandiya)
13. “Lill” (Fransa) – PSV (Hollandiya)
14. “Benfika” (Portuqaliya) – “Ştutqart” (Almaniya)
15. BATE (Belarus) – PSJ (Fransa)
16. “Metallist” (Ukrayna) – “Bayer” (Almaniya)

1/8 final mərhələsinin oyunları

14-cü cütün qalibi – 15-ci cütün qalibi
6-cı cütün qalibi – 9-cu cütün qalibi
12-ci cütün qalibi – 8-ci cütün qalibi
10-cu cütün qalibi – 11-ci cütün qalibi
13-cü cütün qalibi – 2-ci cütün qalibi
16-cı cütün qalibi - - 1-ci cütün qalibi
4-cü cütün qalibi – 7-ci cütün qalibi
3-cü cütün qalibi – 5-ci cütün qalibi
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR