Türkiyəli futbol şərhçisi: “Qalatasaray”ın gələcəyi parlaq deyil”
Türkiyə Superliqasının I dövrəsini dəyərləndirən Özdənak “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş” klublarının problemlərini rəhbərliyin yarıtmaz fəaliyyəti ilə əlaqələndirib: “Bu 3 böyük komanda 100 illik keçmişlərinə, əllərindəki maddi sərvətlərə və azarkeş bazasına baxmayaraq, pis idarə edildiyi üçün bu duruma düşüblər. Onların gələcəyi təəssüf ki, parlaq deyil. Mən Futbol Federasiyasının, hakimlərin, medianın 3 böyük kluba kömək etmələrinin tərəfdarı deyiləm. Keçən il “Bursaspor” çempion oldu, bu il, böyük ehtimalla, “Trabzonspor” olacaq. Ötən mövsüm media reytinqləri hesablayarkən, xeyli çətinlik çəkdi. Ona görə də böyük klublar reytinqi artırmaq məcburiyyətindədirlər”.
Özdənak Azərbaycanda da kifayət qədər sevilən “Qalatasaray”ın durumunu daha acınacaqlı sayır: “Ən böyük problem “Qalatasaray”da yaşanır. İstanbul təmsilçisinin idarəçiləri ağıllı investisiya qoya bilmirlər, işlər yaxşı getməyəndə isə günahkar baş məşqçi olur. Bu da futbolçulara mənfi təsir göstərir. “Qalatasaray”da komanda oyununu görə bilmirik. Bu gün Trabzondakı uğurların ən böyük səbəbi - klubun idarə heyətinin, komandanın və azarkeşlərin əlbir olmalarıdır. Şenol Günəş gələndən sonra Trabzonun bütün azarkeşləri onu dəstəklədilər. Klubun iki keçmiş prezidenti - Özkan Sümer və Əli Suat Özyazıcının Günəşin ətrafında toplanmaları “Trabzonspor”u irəliyə apardı. Təəssüf ki, bunu “Qalatasaray” bacara bilmədi. Adnan Polat dostumdur, ancaq təəssüf ki, klubda birinci adam vəzifəsini layiqincə yerinə yetirə bilmədi. Klubun prezidenti problemlərin öhdəsindən gələ bilməlidir”.
Həmkarımızın fikrincə, “Qalatasaray”ın transfer siyasəti də yanlışdır: “İndi yeni transferlərdən söhbət gedir. Keçən il də mövsümün ortasında iki oyunçu aldılar: Dos Santos və Jo. Ancaq nə oldu? Mövsümün axırında ikisini də qovdular. Futbolçu icarəyə götürmək istəmirlər, ancaq mövsümün ortasında “Qalatasaray”a layıq olan oyunçunu hardan tapacaqlar? Alınan futbolçuların komanda ilə ahəng halında oynaması çox vacibdir. Messinin “Barselona”da və Argentina yığmasında oyununa baxın. “Qalatasaray”dakı problemlərdən biri də oyunçuların tez-tez zədələnmələridir. Bu, komandadakı peşəkarlığın aşağı düşməsindən xəbər verir. Kiçik qardaşım “Hürriyyət”in “Qalatasaray” üzrə müxbiridir. Mənə dedi ki, məşq qurtarandan 10 dəqiqə sonra baş məşqçi Georgi Hacı paltar dəyişmə otağına girəndə, futbolçuların hamısının kostyum-qalstukda olduğunu görür. O, heyrətlənir ki, bu durumda olmasına baxmayaraq, hər kəs Floriyanı tərk etmək istəyir. Bu cür komanda ola bilməz. Çətin günlərdə futbolçular bir yerdə nə qədər çox olsalar, problemlər o qədər tez həll edilə bilər”.
Özdənakın sözlərinə görə, futbola kifayət qədər dəstək verən ölkə rəhbərliyi bunun hesabını istəyəcək: “Hörmətli baş nazir Ərdoğan Telekom Arena stadionunun bir an tikilməsi üçün təlimat verməsəydi, bu gün “Qalatasaray” hansı vəziyyətdə olardı? Klubun bütün idarəçiləri deyir ki, stadionu mən tikdim. Ancaq stadionu baş nazirin tikdiyini bilirik. Çünki baş nazir 2016-cı ildəki Avropa futbol çempionatının Türkiyə və Yunanıstanda keçirilməsini istəyir. Hökumət klublardan demək olar ki, vergi almır. Ancaq dövlətin bu qədər dəstək verməsinə baxmayaraq, klubların hələ də müvəffəqiyyət qazana bilməmələri narazılıq doğurur. Dövlətin bir gün bu işlərin haqq-hesabını çəkəcəyinə inanıram”.
Həmkarımız “Qalatasaray”ın baş məşqçisi Georgi Hacının yenidən bu posta gətirilməsindən də narazıdır: “Hacı gələndə təkidlə demişdim ki, işdən çıxarılan adamı mən bir daha geri qaytarmaram. O vaxt da demişdim ki, rumıniyalı bu işin öhdəsindən gələ bilməyəcək. Hacı azarkeşlərin “qazını almaq” üçün gətirilib. Komanda məğlub olanda, azarkeşlər klubun idarəçilərini istefaya dəvət etmək əvəzinə, “İ love you Hacı” – deyir. Məncə, liqanın ikinci yarısında komanda bir neçə oyunda da uduzarsa, Hacını mövsümün axırına qədər gözləməyib bir daha işdən qovacaqlar”.
Xəbər Lenti
Dövlət Departamenti: Livan sazişi İsrail qüvvələrinin geri çəkilməsini nəzərdə tutur
Venesuela sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb
Tramp yeni ABŞ pasport dizaynını təqdim edib
SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb
Çin 2026-cı ilin ilk rübündə 184,1 milyard dollar cari profisit əldə edib
Netanyahu Livan razılaşmasını İrana zərbə adlandırıb
Vens: ABŞ İranla memorandumla bağlı fikir ayrılıqlarını müzakirə etməyə hazırdır
SEPAH ABŞ-ın Hörmüz boğazındakı hədəfləri vurmasına cavab verəcəyini açıqlayıb
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəfləri vurub
Tramp yenidən İranı atəşkəsi pozmaqda ittiham edib
Netanyahu: Livanla danışıqlar uğurla başa çatıb, lakin İsrail ordusu Livanın cənubundan çəkilməyəcək
Britaniya Ukraynaya 1 milyard dollarlıq kredit üçün Dünya Bankına zəmanət verib
Ermənistan ordusunun hərbi qulluqçusu ölüb
İsrail və Livan ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə çərçivə sazişi imzalayıb - YENİLƏNİB
Venesuelada zəlzələdə ölənlərin sayı 920-yə çatıb, 3360 nəfər yaralanıb, 50 mindən çox insan itkin düşüb - VİDEO - YENİLƏNİB-5
Azərbaycanın namizədi BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin üzvlüyünə seçilib
Dilarə Səlim Mədəniyyət televiziyasının direktoruluğundan kənarlaşdırılması ilə bağlı məsələyə aydınlıq gətirib
Hakan Fidan: Rusiya və Ukraynanı yenidən danışıqlar masası ətrafında toplamağa hazırıq
Oman Avropaya Hörmüz boğazından keçmək üçün mümkün rüsumlarla bağlı xəbərdar edib
Səfərbərlik Xidmətinin rəisi: Hərbi xidmət müddətinin azaldılması və ödənişli hərbi xidmət gündəlikdə deyil - MÜSAHİBƏ
Tramp İranı Hörmüzdəki gəmilərə dron ataraq atəşkəsi pozmaqda günahlandırıb
Gürcüstan parlamentinin iclasında dava düşüb - VİDEO
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
Nazir: Hörmüz boğazında qalan Türkiyə gəmiləri bölgədən ayrılıb
Kadir İnanır vəfat edib
Putin Lukaşenko ilə görüşüb
Putin orduda müqavilə əsasında xidmət edən əcnəbilərin deportasiyasını qadağan edib
İsrail ordusu: Livanın cənubunda 7 "Hizbullah" üzvü öldürülüb
Türkiyədə fişəng fabrikində partlayış baş verib, ölən və xəsarət alan var
Fransada anomal istilərdə ölənlərin sayı 55-ə çatıb
FHN: İsmayıllıda suvarma kanalında batan gəncin meyiti tapılıb - VİDEO - YENİLƏNİB
Bəqai: ABŞ və KƏŞ-in birgə bəyanatı həqiqətin təhrif edilməsidir
“Rosatom” Buşehr AES-ə işçilərini yaxın həftələrdə qaytarmağı planlaşdırır
Pekində təyyarə hündürlüyü 528 metr olan göydələnə çırpılıb - VİDEO
İsrailin müdafiə naziri İranı hədələyib: Heç nə bizi dayandıra bilməz
Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyində yeni obyektlər istifadəyə verilib
Lukaşenko Putinlə görüşmək üçün Rusiyaya gedib
Rusiya XİN vətəndaşlarına Moldovaya səfərdən çəkinməyi tövsiyə edib
Azərbaycan və İtaliya XİN rəhbərlərinin telefon danışığı olub
“Kristal” “City Garden Narimanov” layihəsində yeni mərhələni satışa təqdim etdi - Faizsiz kredit və ipoteka imkanları!
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub - ANONS
DSMF sədri Gürcüstan Sosial Xidmət Agentliyinin direktoru ilə görüşüb
Müdafiə naziri yeni generallara rütbələrini təqdim edib - FOTO
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Baş katib: Ermənistanın MDB-dən çıxmasından söhbət getmir, təşkilatda qalacaqlar
Avropa Komissiyasının Prezidenti gələn həftə Azərbaycana səfər edəcək
Rusiyanın sabiq müdafiə naziri Sergey İvanov vəfat edib
MN-in rəhbər heyəti Fəxri Xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət edib
Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib, Ermənistan yüksək səviyyəli nümayəndə göndərməyib - FOTO