Bank Of Baku

2011-ci il yanvarın 15-də “Qalatasaray”ın yeni stadionunun təntənəli açılış mərasimi keçiriləcək – FOTOSESSİYA

2011-ci il yanvarın 15-də “Qalatasaray”ın yeni stadionunun təntənəli açılış mərasimi keçiriləcək – <font color=red>FOTOSESSİYA </font>
# 22 dekabr 2010 09:33 (UTC +04:00)
Bakı – APA. 2011-ci il yanvarın 15-də Türkiyənin “Qalatasaray” idman klubunun yeni inşa olunmuş stadionunun rəsmi açılış mərasimi keçiriləcək. APA-nın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Türk Telekom Arena” adlanan yeni və modern stadiondakı açılış matçında “Qalatasaray” Hollandiyanın “Ayaks” komandası ilə yoldaşlıq görüşü keçirəcək. Matç yerli vaxtla saat 20.00-da başlayacaq.

Açılış mərasiminin startı isə saat 18.00-da veriləcək. İki saat davam edəcək təntənəli mərasimdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, nazirlər, millət vəkilləri, idman ictimaiyyətinin nümayəndələri, “Qalatasaray” klubunun üzvləri, klubun keçmiş və indiki idmançıları və sənətçilər qatılacaq.

Qeyd edək ki, sponsorun adı ilə adlandırılmış “Türk Telekom Arena” stadionu İstanbulun Şişli rayonu ərazisindəki Seyrantəpə məhəlləsində inşa olunub. Təməli 2007-ci il dekabrın 13-də atılan və Türkiyənin inşaat firmaları “Varyap” ilə “Uzunlar” tərəfindən inşa edilmiş stadion təxminən 170 milyon avroya başa gəlib. Hazırda dünyada UEFA-nın futbol stadionları ilə bağlı 2016-cı il meyarlarına uyğun yeganə stadion olan “Türk Telekom Arena” 52 min 560 tamaşaçı tutumuna malikdir. Gələn ilin may ayında stadionun üstü qapadılacaq. Stadionun qapağı açılan-qapanan texnologiya ilə hazırlanacaq.

Uzun illərdir “Qalatasaray”ın evi olan “Əli Sami Yen” stadionunda son qarşılaşma isə 2011-ci il yanvarın 11-də oynanacaq. Həmin gün “Qalatasaray” Türkiyə kuboku çərçivəsində Ankaranın “Bəypazarı” komandası ilə qarşılaşacaq. Matçdan əvvəl və sonra avropalıların “Cəhənnəm” kimi tanıdığı tarixi “Əli Sami Yen” stadionu ilə vida mərasimi keçiriləcək. Bu mərasimdən bir müddət sonra “Əli Sami Yen” stadionu söküləcək. “Qalatasaray” Türkiyə çempionatının ikinci yarısından etibarən (yanvarın sonu) matçlarını “Türk Telekom Arena”da oynamağa başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR