Bank Of Baku

“Qarabağ” 5 futbolçusu ilə müqavilənin müddətini artırdı

“Qarabağ” 5 futbolçusu ilə müqavilənin müddətini artırdı
# 27 dekabr 2010 13:47 (UTC +04:00)
Bakı – APA. “Qarabağ” 5 futbolçusu ilə yeni müqavilə imzalayıb. Apasport.az saytının xəbərinə görə, Ağdam təmsilçisi öz yetirmələri olan gənc futbolçular – Əfran İsmayılov, Rauf Əliyev, Maksim Medvedev və Qara Qarayevlə yayda başa çatacaq anlaşmalarının müddətini artırıb. İsmayılov, Əliyev, Medvedevlə müqavilə 2013-cü, Qarayevlə 2014-cü ilin yayına kimi uzadılıb.
Ağdamlılar bu yay Ukraynanın “Karpatı” klubundan transfer etdiyi legioner Ansi Aqolli də anlaşmasını müddətini artırıb. Sol cinah müdafiəçisi kimi inamlı oyunu ilə yadda qalan Albaniya yığmasının üzvü ilə il yarımlıq müqavilə bağlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR