Bank Of Baku

Azərbaycan - Danimarka görüşü baş tutmadı

Azərbaycan - Danimarka görüşü baş tutmadı
# 05 yanvar 2011 09:40 (UTC +04:00)
Bakı – APA. Azərbaycan millisinin Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək təlim-məşq toplanışının planında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, hazırlıq çərçivəsində baş tutmalı olan Danimarka ilə yoldaşlıq oyunu keçirilməyəcək.

Bir müddət əvvəl Danimarka yığması ilə yoldaşlıq matçının keçirilməsi ilə bağlı ilkin razılıq əldə edilsə də, komandalar üz-üzə gəlməyəcək. Buna şimallıların toplanışının proqramında dəyişiklik edilməsi səbəb olub.

Qeyd edək ki, yığmamız yanvar–fevral aylarında Dubayda hazırlıq keçəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR