Bank Of Baku

“Mançester Siti” Edin Dzekonun transferi üçün “Volfsburq”la razılığa gəlib

“Mançester Siti” Edin Dzekonun transferi üçün “Volfsburq”la razılığa gəlib
# 05 yanvar 2011 10:05 (UTC +04:00)
Bakı-APA. “Mançester Siti”nin baş məşqçisi Roberto Mançini “Sky Sports”a açıqlamasında “Volfsburq”un bosniyalı ulduzu Edin Dzekonun transferinin son mərhələdə olduğunu bildirib. APA-nın məlumatına görə, Roberto Mançini Edin Dzekonun istedadlı və fantastik bir futbolçu olduğunu deyib: “Avropadakı bütün klublar Dzekonu transfer etmək istəyir. Futbolçunun özü ilə transfer şərtlərini müzakirə edəcəyik. “Volfsburq”la razılaşdıra bilmədiyimiz çox az məqamlar qalıb. Transfer məsələsində razılığa gəldiyimizi söyləyə bilərik, amma bir az da gözləmək lazım gələcək”.

“Volfsburq”un baş məşqçisi Stiv Maklaren də “The Telegraph”a açıqlamasında Edin Dzekonun “Mancester Siti”yə transferinin sona çatmaq üzrə olduğunu deyib: “Dzeko “Mancester Siti” üçün ideal futbolçudur və xüsusilə Karlos Teveslə birlikdə mükəmməl hücum xətti yarada bilər. Ümid edirəm ki, Dzeko xəyallarını gerçəkləşdirmiş olacaq”.

Xatırladaq ki, Edin Dzekonun “Volfsburq” ilə müqaviləsi 2013-cü ildə bitir. Futbolçunun transferi üçün “Mançester Siti” alman klubuna 30 milyon funt sterlinq ödəməyə hazır olduğunu bildirib. Dzekonun yeni klubunda illik maaşı isə 1,2 milyon funt sterlinq olacaq. Bosniyalı futbolçu “Volfsburq” forması ilə meydana çıxdığı 111 oyunda 66 qola imza atıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR