Bank Of Baku

Azərbaycanda yeni komanda yaranır

Azərbaycanda yeni komanda yaranır
# 07 yanvar 2011 10:41 (UTC +04:00)
Bakı – APA. AFFA yeni milli komandanın yaradıb. Daha doğrusu, 17 yaşadək qızlardan ibarət yığma 3 illik fasilədən sonra yenidən bərpa olunub. Apasport.az saytının məlumatına görə, 2012-ci ildə Azərbaycanda keçiriləcək dünya çempionatında çıxış edəcək komandamız artıq yanvarın 9-da ilk yoxlama matçına çıxacaq.

Xatırladaq ki, AFFA ötən ilin yazında yaşanan məşhur “lipa” məsələsindən sonra bütün qadın yığmalarının fəaliyyətini dondurub, yeni U-15 yaratmışdı. Məhz həmin komanda onradan U-17-yə çevrilərək mundiala qatılmalıdır.

Qızların U-17 komandası isə sonuncu dəfə 2008/09 mövsümünün qitə çempionatına qatılıb. Həmin vaxt millimiz İtaliyaya 1:3, Fransaya 0:6 uduzub İslandiya ilə 0:0 hesablı heç-heçə etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR