Bank Of Baku

Devid Bekhem “Tottenhem” formasında ilk oyununu yanvarın 16-da “Mançester Yunayted”ə qarşı oynaya bilər

Devid Bekhem “Tottenhem” formasında ilk oyununu yanvarın 16-da “Mançester Yunayted”ə qarşı oynaya bilər
# 08 yanvar 2011 08:27 (UTC +04:00)
Bakı-APA. “Tottenhem” klubu əfsanəvi futbolçu Devid Bekhemi transferini başa çatdırmaq üzrədir. APA-nın məlumatına görə, klubun meneceri Harri Redknapp hazırda “Los-Anceles Qalaksi”də forma geyinən Bekhemin icarə əsasında “Tottenhem”ə transfer olması üçün danışıqların başa çatmaq üzrə olduğunu deyib. Transferdə maliyyə problemlərinin olmadığını deyən Redknapp futbolçu ilə müqavilənin yaxın bir neçə gündə imzalanacağını bildirib. Devid Bekhemin də “Tottenhem”ə transfer olmaq istədiyi bildirilir, futbolçu sabah “Tottenhem”lə “Çarlton” arasında oynanacaq kubok oyununu izləmək üçün “White Hart Lane”ə gələcək. Bekhemin transferi sabaha kimi gerçəkləşməsə, ulduz futbolçu yeni formada ilk oyununu 16 yanvarda “Mançester Yunayted”ə qarşı oynaya bilər.

Xatırladaq ki, 115 dəfə milli komandada çıxış etmiş Devid Bekhemə ilk transfer təklifi “Everton”dan gəlsə də, futbolçu bu təklifi rədd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR