Bank Of Baku

“Neftçi” türkiyəli məşqçi ilə anlaşıb

“Neftçi” türkiyəli məşqçi ilə anlaşıb
# 10 yanvar 2011 12:47 (UTC +04:00)
Bakı – APA. Bakının “Neftçi” klubu yeni məşqçi ilə anlaşıb. Apasport.az saytının məlumatına görə, ölkəmizdəki fəaliyyəti tanınan türkiyəli mütəxəssis Mehmet Ak karyerasını flaqmanda davam etdirəcək. O, komandanın fiziki hazırlıq üzrə məşqçisi təyin olunub.

Ak paytaxt təmsilçisini “Qalatasaray”a dəyişən italiyalı Covanni Melkiorreni əvəzləyəcək. Türkiyəli mütəxəssis əvvəllər Ağdamın “Qarabağ” klubunda çalışsa da bu komandadan qalmaqalla ayrılıb. Onun işlədiyi son komanda isə Türkiyə çempionatının aşağı dəstəsində çıxış edən “Bursa Niluferspor” olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR