Bank Of Baku

“Neftçi” futbolçusunun “Fənərbaxça”ya keçidi rəsmiləşir

“Neftçi” futbolçusunun “Fənərbaxça”ya keçidi rəsmiləşir
# 12 yanvar 2011 13:48 (UTC +04:00)
Bakı – APA. “Neftçi”nin və Azərbaycan milli komandasının futbolçusu Amit Quluzadənin “Fənərbaxça” klubuna gedişi reallaşır. Apasport.az saytının Türkiyəyə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, İstanbul klubunun nümayəndəsi, aşağı yaş qrupları üzrə koordinatoru Şenol Çorlu bu gün bakılıların Antalyada qərarlaşdığı “Titanik” otelinə baş çəkib. Amitin keçidi ilə bağlı iki klub arasında danışıqlar şifahi razılıqla nəticələnib və məsələnin yalnız rəsmiləşməsi qalıb.

Amitin artıq bu gün “Fənər”in düşərgəsinə yollanması nəzərdə tutulub. Klubun nümayəndəsinin gəlişinin məqsədlərindən biri də onu aparmaqdır. Az sonra Antalya-İstanbul hava reysilə səfərə çıxacaq Quluzadə yeni komandasına yollanacaq. Bu, “Neftçi”nin naharı zamanı rəsmən elan olundu və komanda üzvləri 18 yaşlı yarımmüdafiəçini alqışlarla yola saldı.

Qeyd edək ki, Amit uzun illər şərəfini qoruduğu “Neftçi”nin yetirməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR