Bank Of Baku

Dünyanın ən yaxşı pleymeykeri müəyyənləşib

Dünyanın ən yaxşı pleymeykeri müəyyənləşib
# 13 yanvar 2011 11:37 (UTC +04:00)
Bakı – APA. Dünyanın ən yaxşı pleymeykerinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları (İFFHS) 2010-cu ilin ən güclü oyun qurucularının siyahısını açıqlayıb. Qurumun dünya ölkələrində olan nümayəndələri arasında keçirilən sorğunun nəticələrinə əsasən İspaniya milli komandasının və “Barselona” klubunun yarımmüdafiəçisi Xavi hamıdan yaxşı olub. O, 223 xalla izləyicilərini xeyli qabaqlaya bilib.

İkinci pillədə də İspaniya yığması və “Barselona”nın futbolçusu qərarlaşıb. Andres İnyesta cəmi 148 xal toplayıb. Hollandiya millisinin və İtaliya “İnter”inin üzvü Uesli Sneyder isə 128 xalla 3-cü olub. “Qızıl top”a layiq görülən argentinalı Lionel Messi isə dünya çempionatının finalında oynamış ulduzların kölgəsində qalıb. “Barselona”lı oyunçu 111 xalla 4-cü olub.

İlk “onluq”da sonrakı yerləri Məsud Özil, Dieqo Forlan, Kriştiano Ronaldo, Bastian Şvaynştayger, Sesk D=Fabreqas və Aryen Robben tutublar. Ümumilikdə siyahıda 18 futbolçu yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR