Bank Of Baku

Ramiz Məmmədovun “Atırau”da debütü uğursuz olub

Ramiz Məmmədovun “Atırau”da debütü uğursuz olub
# 14 yanvar 2011 09:13 (UTC +04:00)
Bakı – APA. Azərbaycanlı mütəxəssis Ramiz Məmmədov Qazaxıstanın “Atırau” klubunun baş məşqçi postunda debüt edib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz bir müddət əvvəl baş məşqçi postuna təyin olunduğu komandanı ilk matça çıxarıb. Məmmədovun qeyri-rəsmi debütü uğursuz alınıb.

Yanvarın 4-dən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Atırau” ilk yoxlama görüşündə məğlub olub. Məmmədovun yetirmələri Albaniya çempionatının 16 turundan sonra 5-ci pillədə qərarlaşan Tirana “Dinamo”su ilə görüşüblər. Albaniyalıların ilk hissədə vurduğu qol matçda yeganə olub və həmyerlimizin “Atlrau” karyerası məğlubiyyətlə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR