Bank Of Baku

2010-cu ilin ən güclü hakimlərinin adları açıqlanıb

2010-cu ilin ən güclü hakimlərinin adları açıqlanıb
# 17 yanvar 2011 11:25 (UTC +04:00)
Bakı – APA. Dünyanın ən güclü hakimlərinin adları məlum olub. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2010-cu ilin yekunları ilə bağlı keçirilən sorğunun nəticəsini açıqlayıb.

Səsvermənin yekununa görə, ingiltərəli Hovard Uebb arxada qalan ilin ən güclü ədalət təmsilçisi adını qazanıb. O, 189 xal toplayıb. Britaniyalıdan 61 xal az toplayan özbəkistanlı Ravşan İrmatov II yeri tutub. İlk “3-lüyü” isə 90 xalla Massimo Buzakka (İsveçrə) qapayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR