Bank Of Baku

“Lion”un yetirməsi Azərbaycan çempionatında oynaya bilər

“Lion”un yetirməsi Azərbaycan çempionatında oynaya bilər
# 17 yanvar 2011 15:37 (UTC +04:00)
Bakı – APA. “Neftçi”nin Antalyadakı hazırlıq prosesi davam edir. Apasport.az saytının məlumatına görə, gündə iki dəfə məşq keçən flaqmanın heyətində bu gün 1 futbolçu baxışda olacaq. Bu, Əlcəzair əsilli Fransa vətəndaşı Yasin Himadır. 1984-cü il martın 25-də dünyaya gələn İmanın son klubu “Eupen” (Belçika) olub.

Hima vaxtilə milli komanda da oynayıb. Belə ki, 27 yaşlı yarımmüdafiəçi 2006-07-ci illərdə tarixi vətənindən aldığı təklifi müsbət dəyərləndirərək Əlcəzair yığmasında 2 oyun keçirib. Yasin 2006-cı il avqustun 15-də Qabonla matçda millidə debüt edib.

Yarımmüdafiəçinin klub karyerasına gəlincə isə məşhur “Lion” komandasının yetirməsi olan 2005-ci ilədək orada çıxış edib. Rəsmi matçlarda meydana çıxmayan orta sahə oyunçusu 2005/06 mövsümündə “Şatoru”da (27 oyun, 6 qol) top qovub.

2006-cı ildə “Lion”a qayıdan Yasin 2007-ci ilin fevralında oradan da İsveçrəyə üz tutub. “Arau”da (fevral-iyun 2007) 15 oyun keçirən yarımmüdafiəçi Səudiyyə Ərəbistanında “Əl-Vətəni” (2007-08) komandasında 25 oyuna 2 qol vurub. 2008-ci ildən İsveçrənin “Bellinzona” klubunda oynayan Hima 51 matçda 6 qol vurub və ötən il Belçikaya – “Eupen”ə transfer olunub.

Cari mövsüm Belçika çempionatında 5 oyun keçirən Yasin 141 dəqiqə meydanda olub. O, sonuncu dəfə ötən il oktyabrın 2-də “Kortriyk”lə qarşılaşmada meydana çıxıb. Komandasının 1:3 hesabı ilə uduzduğu görüşdə Hima 16 dəqiqə oynayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR