Belə ki, Qırğızıstan çempionu “Neftçi” ilə görüşən Tacikistan təmsilçisi “İstiqlal” istəyinə çatıb. Hər komandanın 2 qırmızı vərəqə aldığı oyunda 3 cavabsız qol vuran taciklər qrup ikinciliyini qazanıblar.
“Birlik kuboku”
Qrup mərhələsi, III tur
A qrupu
“İnter” (Azərbaycan) – “İskra-Stal” (Moldova) – 1:0
13:00. “Neftçi” (Qırğızıstan) – “İstiqlal” (Tacikistan) – 0:5
1 | “İnter” | 3 | 3 | 0 | 0 | 7-0 | 9 |
2 | “İstiqlal” | 3 | 1 | 1 | 1 | 6-4 | 4 |
3 | “İskra-Stal” | 3 | 1 | 1 | 1 | 2-2 | 4 |
4 | “Neftçi” | 3 | 0 | 0 | 3 | 0-9 | 1 |
“İnter”in 1/4 finaldakı rəqibinin adına da aydınlıq gəlib. Bu, B qrupunda 3-cü turun qarşılaşmalarının başa çatmasından sonra mümkün olub. Qazaxıstan “Tobol”unun Latviya təmsilçisi “Skonto” önündə ağ bayraq qaldırması Ermənistanın “Mika” klubunun yolunu açıb. Özbəkistan çempionu “Bunedkor”u məğlub edən ermənilər qrup ikincisi kimi 1/4 finala çıxmaqla təmsilçimizə rəqib olub.
B qrupu
“Skonto” (Latviya) – “Tobol” (Qazaxıstan) – 3:0
“Mika” (Ermənistan) – “Bunedkor” (Özbəkistan) – 2:1
1 | “Skonto” | 3 | 2 | 1 | 0 | 6-1 | 7 |
2 | “Mika” | 3 | 1 | 1 | 1 | 4-5 | 4 |
3 | “Tobol” | 3 | 1 | 1 | 1 | 4-6 | 4 |
4 | “Bunedkor” | 3 | 0 | 1 | 2 | 3-5 | 0 |
Qeyd edək ki, Azərbaycan çempionunun 1/4 finaldakı oyunu sabah Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Bu, Azərbaycan çempionlarının “Birlik kuboku”nda ermənilərlə 3-cü görüşü olacaq. 2005 və 2006-cı illərdə “Neftçi” və “Pünik” qarşılaşmışdılar. Bakılılar əvvəl 2:0 hesabı ilə qalib gəlsələr də, 5 il əvvəlki dueldə irəvanlılar yarışın keçirildiyi Moskvadan qaçmışdılar. Həmin vaxt texniki qələbəyə sevinən “Neftçi” sonda kubokun sahibi olmuşdu.