Bank Of Baku

“Aston Villa” 29 milyon dollar müqabilində “Sanderlend”in hücumçusu Darren Benti transfer edib

“Aston Villa” 29 milyon dollar müqabilində “Sanderlend”in hücumçusu Darren Benti transfer edib
# 19 yanvar 2011 10:48 (UTC +04:00)
Bakı-APA. İngiltərə Premyer Liqasında daha bir səs-küylü transfer gerçəkləşib. APA-nın məlumatına görə, “Aston Villa” 29 milyon dollar müqabilində “Sanderlend”in futbolçusu Darren Benti transfer edib. Bu, “Aston Villa”nın tarixində ən bahalı transferdir. 2009-cu ildə 10 milyon funt sterlinq müqabilində “Tottenxem”dən “Sanderlend”ə keçən Darren Bent ilk mövsümdə 25 qol vurub. “Aston Villa” klubu qolçu futbolçu ilə 4,5 illik müqavilə imzaladığını, Darren Bentin yeni formada ilk oyununu “Mancester Siti”yə qarşı keçirəcəyini bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR