Bank Of Baku

“Liverpul” Luis Suares üçün “Ayaks”a 15 milyon avro və Babeli təklif edib

“Liverpul” Luis Suares üçün “Ayaks”a 15 milyon avro və Babeli təklif edib
# 19 yanvar 2011 10:58 (UTC +04:00)
Bakı-APA. “Liverpul” klubu Uruqvay futbolunun ulduzu, hazırda “Ayaks”da forma geyinən Luis Suaresi transfer etmek niyyətindədir. APA-nın məlumatına görə, ingilislər Suares üçün “Ayaks”a 15 milyon avro və Rayan Babeli təklif ediblər. Holnnadiya mətbuatı “Ayaks”ın Suares üçün 28 milyon avro bonservis qiyməti açıqladığını, buna rəğmən “Liverpul”un təklifini qəbul etməyə hazırlaşdığını yazıb. “Ayaks”ın məşqçisi Frank de Bur uruqvaylı futbolçu ilə transferlə bağlı təkbətək söhbət etdiyini deyib: “Suares Avropanın ən böyük klublarında oynamaq istədiyini deyir. Onun istəyinə hörmətlə yanaşıram. Onun kimi istedadlı futbolçunu “Ayaks”da saxlamaq çox çətin olacaq, buna görə də mən ehtuyat ssenarilər üzərində çalışıram”. Xatırladaq ki, ulduz futbolçu “Ayaks” forması ilə meydana çıxdığı 108 oyunda 81 qol vurub. Ötən il rəqib qapılara 35 qol atan Luis Suaresin klubu ilə müqaviləsi 2013-cü ildə bitir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR