Bank Of Baku

Futbol üzrə Azərbaycan çempionu Ermənistanın “Mika” komandasını darmadağın edib

Futbol üzrə Azərbaycan çempionu Ermənistanın “Mika” komandasını darmadağın edib
# 19 yanvar 2011 13:58 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, Azərbaycanın yarışdakı təmsilçisi Bakının “İnter” klubu Ermənistanın “Mika” komandası ilə görüşüb.

Turnirdə keçirdiyi ilk 3 oyunda rəqiblərini quru hesabla məğlub edən Kaxaber Sxadadzenin yetirmələri qələbə seriyasını prinsipial matçda da davam etdiriblər. Son Azərbaycan çempionu yalnız 30 dəqiqə rəqibin müqaviməti ilə qarşılaşıb. Bundan sonra Vladimir Levin və Girts Karlsonun vurduğu qollarla təmsilçimiz fasiləyə üstün durumda yollanıb.

“İnter” fasilədən sonra da üstün oyun göstərərək erməniləri darmadağın edib – 4:0. Komandamızın növbəti qollarını Dmitri Kruqlov və dublunu rəsmiləşdirən Karlson vurublar. Bununla da Sxadadzenin yetirmələri “Neftçi”nin əsasını qoyduğu ənənəni davam etdirib.

Belə ki, “İnter”ə qədər “Neftçi” də ermənilərin “dərsini vermişdi”. 2005 və 2006-cı illərdə “Neftçi” və “Pünik” qarşılaşmışdı. Bakılılar əvvəl 2:0 hesabı ilə qalib gəlsələr də, 5 il əvvəlki dueldə irəvanlılar yarışın keçirildiyi Moskvadan qaçmışdılar. Həmin vaxt texniki qələbəyə sevinən “Neftçi” sonda kubokun sahibi olmuşdu.

“Birlik kuboku”
1/4 final

“İnter” (Azərbaycan) – “Mika” (Ermənistan) - 4:0
Qollar: Levin, 30, Karlson, 35, 59, Kruqlov, 50
Peterburq İdman Konsert Kompleksi

Qeyd edək ki, “İnter”in yanvarın 21-də keçiriləcək yarımfinaldakı rəqibi “Zenit” (Rusiya) – HİK (Finlandiya) matçında müəyyənləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR