Bank Of Baku

Foqts, Şafer və Starkov planetin 100 ən yaxşı məşqçisinin siyahısına düşüb

Foqts, Şafer və Starkov planetin 100 ən yaxşı məşqçisinin siyahısına düşüb
# 24 yanvar 2011 09:18 (UTC +04:00)
Bakı – APA. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) son 15 ilin ən yaxşı məşqçilərinin adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 1996-2010-cu illəri əhatə edən siyahıya Aleks Ferqyuson başçılıq edir. “Mançester Yunayted”in şotland çalışdırıcısı 222 xalla izləyicilərini böyük fərqlə arxada qoyub. “Arsenal”ın fransız məşqçisi Arsen Venger 186, italiyalı Marçello Lippi isə 146 xal toplayıb.

İFFHS-in siyahısında ümumilikdə 225 mütəxəssis yer alıb ki, onlar arasında Azərbaycan üçün tanış simalar da var. Yığmamızın baş məşqçisi Berti Foqts 43 xalla 36-cı pillədə qərarlaşıb. “Bakı” klubunun sabiq və hazırkı məşqçiləri alman Vinfred Şaferlə latviyalı Aleksandr Starkov da ilk “100-lük”də yer alıblar. Almaniyalı 22 xalla 83-cü, latviyalı isə 19 xalla 91-ci yerə şəriklər sırasındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR