Bank Of Baku

Azad Rəhimov: “Qazanılan qələbələr göstərir ki, Azərbaycan futbolunun gələcəyi var”

Azad Rəhimov: “Qazanılan qələbələr göstərir ki, Azərbaycan futbolunun gələcəyi var”
# 24 yanvar 2011 13:50 (UTC +04:00)
Göygöl. Ayxan Hüseynov - APA. “Biz sevinirik ki, MDB ölkələri arasında keçirilən futbol üzrə ənənəvi “Birlik kuboku”nda Azərbaycan komandası qalib gəlir. Bundan öncə 1 dəfə “Neftçi”, 1 dəfə isə “Xəzər Lənkəran” bu kuboka sahib olub”. APA-nın məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov deyib.
Göygöl rayonunda Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimində iştirak edən nazir Bakının “İnter” klubunun “Birlik kuboku”ndakı zəfərinə də toxunub: “Bu kubokda qazanılan qələbələr onu göstərir ki, həqiqətən Azərbaycanda futbolun gələcəyi var və biz buna inanırıq. Bunun üçün futbolda böyük islahatlar, işlər görülür. Sadəcə vaxt lazımdır. AFFA ilə Gənclər və İdman Nazirliyinin birlikdə yaratdığı U-13 liqası uşaqları futbola cəlb etmək və bu idman növünə olan marağın artırılması üçün böyük bir imkandır. Qazanılan qələbələr göstərir ki, həqiqətən da Azərbaycan futbolunun gələcəyi var. İnanıram ki, gələcəkdə bizim futbolda bundan da böyük qələbələrimiz olacaq”.
Qeyd edək ki, son Azərbaycan çempionu “İnter” tarixində ikinci dəfə qatıldığı yarışın qalibi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR