Bank Of Baku

“Bakı” cənubi amerikalı legionerlə müqaviləyə xitam verib

“Bakı” cənubi amerikalı legionerlə müqaviləyə xitam verib
# 25 yanvar 2011 14:24 (UTC +04:00)
Bakı – APA. “Bakı” klubunun kolumbiyalı futbolçusu Anqulo Ceffersonla yollarını ayırması rəsmiləşib. Apasport.az saytının məlumatına görə, “zolaqlılar” ötən yay sabiq almaniyalı baş məşqçi Vinfred Şaferin transfer etdiyi cinah yarımmüdafiəçisi ilə müqaviləsinə xitam verib. Cefferson fasilədən sonra “Bakı”nın düşərgəsinə gəlmədiyindən, yeni baş məşqçi Aleksandr Starkov tərəfindən Antalyadakı təlim-məşq toplanışından kənarlaşdırılıb. Klub rəsmən bildirir ki, Cefferson üzrsüz səbəbdən təyin olunan müddətdə komandanın sıralarına qatılmadığı və daxili intizam qaydalarını kobud şəkildə pozduğuna görə onunla 2011-ci ilin iyun ayına qədər olan müqavilə qüvvədən düşmüş hesab olunur. Starkovun kənarlaşdırdığı braziliyalı futbolçular – Jaba ilə Leanardo Roşa hazırda paytaxtımızda “Bakı”nın əvəzedici komandası ilə birgə məşq edirlər.

Qeyd edək ki, "Bakı" Antalyada hazırlığını gündə iki məşq olmaqla yüksək əhval-ruhiyyədə davam etdirir. Komandada xəstə, zədəli və baxışda olan futbolçu yoxdur. Jaba, Roşa və Cefferson istisna olmaqla bütün futbolçular məşqlərdə iştirak edirlər. Komanda 3-cü yoxlama oyununu sabah Ukraynanın Premyer Liqa təmsilçisi olan "Metallurq" (Zaporojye) klubu ilə keçirəcək. Görüş Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. “Bakı” Antalya toplanışında buna qədər Qazaxıstanın "Akjayık" (3:0) və "Şaxtyor" (1:1) klubları ilə yoxlama oyunları keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR