Emin Ağayev “Volqa” komandasının azarkeşləri ilə vidalaşıb

Emin Ağayev “Volqa” komandasının azarkeşləri ilə vidalaşıb
# 26 yanvar 2011 09:08 (UTC +04:00)
Bakı – APA. “Tverdə bir yerdə işlədiyim bütün insanlara minnətdarlıq etmək istərdim. Bu, xüsusilə azarkeşlərə aiddir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının keçmiş futbolçusu Emin Ağayev deyib. Son 3 ili Rusiya çempionatının 2-ci divizionunda Tverin “Volqa” klubunda keçirən 38 yaşlı müdafiəçi yenicə futbolçu karyerasını bitirib. Bu müddətdə “Volqa”nın əvəzedilməz kapitanı olan Ağayev azarkeşlərlə vidalaşarkən, xoş sözlərini çatdırıb: “Bunlar unudulmaz illər idi. Məyus olmayın və komandaya inanın. Onda hər şey alınmalıdır!”.

Qeyd edək ki, karyerasının böyük hissəsini Rusiyada keçirən Emin Mahaçqalanın “Anji” komandasının rəisi təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR