Bank Of Baku

Messi anasını təbrik etdiyi üçün cəzalandırılıb

Messi anasını təbrik etdiyi üçün cəzalandırılıb
# 26 yanvar 2011 09:13 (UTC +04:00)
Bakı – APA. İspaniya Futbol Federasiyası “Barselona” klubunun futbolçusu Lionel Messini cəzalandırıb. Apasport.az saytının məlumatına görə, argentinalı “Rasinq”lə çempionat oyununda vurduğu qol qaydalar çərçivəsindən kənar qeyd etdiyi üçün cəzalanıb. Bu səbəbdən Lionel 2 min avro ödəməli olacaq.

Məsələ ondadır ki, penaltidən fərqlənən futbolçu telekameraların qarşısına qaçaraq formasını yuxarı qaldırıb və alt köynəyindəki yazını nümayiş etdirib. Orada “Ad günün mübarək, ana” yazılsa da, bu qaydalara zidd olub. Bu səbəbdən təbrik Messiyə 2 min avroya başa gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR