Bank Of Baku

Tuncay Şanlı Almaniya çempionu ilə müqavilə bağladı

Tuncay Şanlı Almaniya çempionu ilə müqavilə bağladı
# 01 fevral 2011 12:41 (UTC +04:00)
Bakı – APA. Türkiyə yığmasının futbolçusu Tuncay Şanlı karyerasını Almaniyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, son vaxtlar İngiltərədə oynayan hücumçu 2009-cu ildə Bundesliqanın qalibi olmuş “Volfsburq” klubuna keçib. Artıq yeni komandasında tibbi müayinədən keçən Tuncay 3,5 illik müqavilə imzalayıb.

“Midlsbro”dan fərqli, son il yarımı keçirdiyi “Stok Siti”da karyerası uğursuz alınan Şanlı bu üzdən qış transfer dönəmində klubunu dəyişməsini reallaşdırdı. Son komandasında cari mövsümdə 14 oyunda 1 qol vuran Tuncay “Volfsburq”da 6 nömrəli formanı geyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR