Bank Of Baku

“Xəzər Lənkəran” klubunun baş məşqçisi məhkəməyə müraciət edib

“Xəzər Lənkəran” klubunun baş məşqçisi məhkəməyə müraciət edib
# 01 fevral 2011 12:44 (UTC +04:00)
Bakı – APA. “Xəzər Lənkəran” klubunun rumıniyalı baş məşqçisi Mirça Rednik vətənində xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, mütəxəssis problemin həlli üçün məhkəməyə müraciət edib.

Məsələ ondadır ki, Rednik 2006-ci ildə 75 min avroya satılan bir evi gözaltı edib. Həmin vaxt ev sahiblərinə 20 min avro verən Rednik yerdə qalan məbləği ödədiyi vaxt alqı-satqı gerçəkləşməli idi. O, indi “Xəzər Lənkəran”ın toplanışı başa çatdıqdan sonra vətəninə yollanıb təxirə salınmış işini bitirməyə çalışsa da, arzulamadığı halla üzləşib.

Məlum olub ki, artıq bu evin qiyməti 200 min avroya qalxıb. Hətta bu məbləği ödəməyə hazır olan müştərilər də var. Məsələnin həllə üçün Rednikin məhkəmədən başqa bir əlacı qalmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR