Türkiyə yığmasının məşqçisi: “Azərbaycan yığmasının hər futbolçusu dəyərlidir” – MÜSAHİBƏ
- Onun danışmamağının səbəbi iş proqramı ilə bağlıdır. Hiddinkin Azərbaycana qarşı hansısa incikliyi yoxdur. Təbii ki, yığmanıza uduzmaq bizi üzdü. Ancaq Azərbaycana sevgimiz hər zaman var.
- Çoxları Türkiyə yığmasının Bakıda asanlıqla 3 xal qazanacağını düşünürdü. Ancaq sonda Azərbaycan millisi 1:0 hesablı qələbə qazandı. Belə zərbə gözləyirdinizmi?
- Futbolda rəqib kim olursa-olsun, uduzmaq variantı hər zaman var. Yığmanız asan rəqib deyil. Ancaq təbii ki, həmin matçın favoriti biz idik. Mütləq 3 xal qazanmağımız lazım idi. Ancaq matça yetərincə konsentrasiya ola bilmədik. Azərbaycan yığması da bunu çox yaxşı dəyərləndirib, qalib gəldi.
- Razılaşın ki, millimizin vurduğu qol çox gözəl alındı...
- Bu, şübhəsizdir.
- Futbolçularımız bir neçə oyunda künc zərbəsindən belə qollar vurub. Ancaq görünür, siz bunu yaxşı təhlil etməmişdiniz...
- Hər oyunun öz hazırlığı olur. Ancaq əsas məsələ matçın gedişində konsentrasiyanın yüksəkliyidir. Bu tip oyunlarda standart vəziyyətlər çox önəmlidir. Ən böyük təhlükə bunlardır. Bu zaman daha çox diqqətli olmalısan. Bizim neçə illərdir əsas problemlərimizdən biri standart vəziyyətlərdir.
- Yəqin ki, siz də müşahidə etmisiniz: Azərbaycan yığması Türkiyəyə qarşı böyük motivasiya ilə oynayır. Bunu nə ilə əlaqələndirərdiniz?
- Azərbaycan millisinin formasını geyinən futbolçuların hər biri dəyərlidir. Türkiyə onlar üçün böyük ölkədir. Böyük ölkənin böyük futbol potensialı olur. Təbii ki, futbolçular belə görüşlərdə yaxşı oyun nümayiş etdirərək, səviyyələrini göstərmək istəyirlər. Bu tip matçlar onların karyeraları üçün önəmlidir. Bu səbəbdən Azərbaycan yığmasının bizə qarşı çox yüksək motivasiya ilə oynayacağını düşünürdük və belə də oldu.
- Türkiyəli futbolçularda qələbə ilə bağlı sanki arxayınlıq hiss olunurdu. Bu, onların Bakıdakı oyun öncəsi açıqlamalarında da görünürdü. Bəlkə əsas problem bundadır?
- Futbolda heç vaxt rəqibi kiçildə bilməzsən. Fərqi yoxdur, rəqib kimdir. Eyni səviyyədə oynamaq gərəkdir. Əgər konsentrasiyanı itirsən, uduza bilərsən. Yəni, Bakıdakı görüşdə ortaya qoyduğumuz oyunun səviyyəsi çox yetərsiz idi. Bu, komandanın konsentrasiyasını aşağı saldı.
- Bakıdakı məğlubiyyətdən sonra Avropa çempionatının final mərhələsinə çıxmaq yönündə işiniz çətinləşdi. Sizi qarşıda Belçika və Avstriya ilə həlledici görüşlər gözləyir. Yığmanızın gələcək perspektivini necə görürsünüz?
- Fikrimcə, Almaniya və Azərbaycana məğlubiyyətdən sonra 1-ci yeri tutmağımız real deyil. Daha məntiqli olmaq lazımdır. Ancaq planları dəyişmək də lazım deyil. Biz bundan sonra oynayacağımız hər matçı qazanmaq məcburiyyətindəyik.
- Xüsusilə, son turda evdə Azərbaycanı...
- Təbii ki. Ancaq bundan öncə daha ciddi matçlarımız var. İndi qrupda lider olmaq lazımdır. Ən azından 2-ci olmalıyıq. Çünki yalnız bu halda Avropa çempionatının final mərhələsinə düşmək üçün pley-off oyunlarına vəsiqə qazanacağıq. Bu məqsədə çatmaq üçün indi əsas rəqiblərimiz Belçika və Avstriya sayılır və onlara qarşıdakı oyunlarda qalib gəlməliyik. Öncə Avstriya ilə görüş var və bunu Türkiyədə oynayacağıq. Martdakı həmin oyunda qalib gəlib, iyunda Belçika ilə səfər matçında yenilməməyimiz lazımdır. İndi əsas hədəflərimiz bunlardır. Bunları əldə etdikdən sonra 4 görüşə çıxacağıq. Bunun 3-ü də evdə, yalnız Avstriya ilə matç səfərdədir. Sonda belə üstünlüyə malik olacağıq. Yəni Avstriya ilə qarşıdakı oyunda qalib gəlsək, turnir cədvəlində vəziyyətimizi yaxşılaşdıracağıq.
- Azərbaycana məğlubiyyət Türkiyədə uzun müddət müzakirə obyekti oldu. Hiddinkə tənqidlər, təzyiqlər çoxaldı, onun getməli, yığmanızın böhranda olduğu deyildi. Hətta məsələ Türkiyə Millət Məclisində müzakirəyə qədər gedib çıxdı. Klublarınız da avrokuboklara uğursuz çıxış edir. Bütün bunların səbəbini nədə görürsünüz?
- Türkiyə futbolu Avropa arenasında çox da uğurlu deyil. Bu, ilk növbədə klublarla bağlıdır. Xüsusilə, böyük klublarımız – “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” səviyyələrinə görə enişdədirlər. Bu, birbaşa milli komandaya təsir edir. Türkiyə kimi potensialı böyük ölkənin ardıcıl 2 oyunda uduzmasından sonra müzakirələr aparılması başadüşüləndir.
- Çıxış yolunu nədə görürsünüz? Sizcə, bir sıra tanınmış futbolçuları yığmadan kənarlaşdırıb, onları gənclərlə əvəzləmək kimi ciddi islahatlar faydalı olacaqmı?
- Əslində, biz bunları daha öncə planlaşdırmışdıq. Almaniya və Azərbaycana məğlubiyyətlərdən sonra komandaya yeni, gənc, dinamik futbolçuları daxil etmək istədik. Bakıdakı görüşdən sonra 5 ay vaxtımız, 2 hazırlıq oyunumuz vardı. Bu yöndə ilk addımımızı atdıq, noyabrın 17-də səfərdə Hollandiya ilə keçirdiyimiz yoldaşlıq görüşünə yeniləşmiş komanda ilə çıxdıq. İstədiyimiz gənc futbolçuların özlərini göstərməsi, milli komandada hər mövqedə rəqabətin artması idi. Təcrübəli futbolçuları işini çətinləşdirən gənclərin birgə olmalarına çalışırıq. Komandamız Hollandiya ilə oyunda bunu çox uğurla yerinə yetirdi. Fevralın 9-da Trabzonda Cənubi Koreya yığması ilə yoldaşlıq görüşümüz var. Bu oyunu da eyni şəkildə dəyərləndirmək istəyirik. Gənc futbolçulara təkrar şans verərək, özlərini göstərmələrinə imkan yaradacağıq. Martın 29-da Avstriya ilə görüşə qədər bu çalışmalarımızı davam etdirəcəyik.
- Belə fikirlər səslənir ki, heyəti Hiddink yox, siz müəyyənləşdirirsiniz. Yığmada “Qalatasaray”lıların azlıq təşkil etməsi, daha çox “Fənərbaxça”lıların olması futbolçu karyeranızı əsasən bu komandada keçirməyinizlə bağlıdır. Bütün bunlarla bağlı nə deyə bilərsiniz?
- Bunlar doğru deyil. Biz bir komandayıq. Komandanın başında da cənab Hiddink var. Qəbul edilən qərarları özü verir. Təbii ki, mən bir köməkçi kimi ona öz fikirlərimi bildirirəm. Ancaq son qərarları hər zaman Hiddink verir. Uğur qazandığımız zaman çoxlu təriflər qazanırıq, uğursuz olanda da çoxlu tənqidlər. Bu, təbiidir.
- Siz Türkiyə yığmasında həm Hiddink, həm də Fatih Terimin köməkçisi olmusunuz. Hansı fərqli məqamları qeyd edə bilərsiniz?
- İkisi də dünya səviyyəli mütəxəssislərdir. Hiddinkin dünyadakı yerini hamımız bilirik. Terim də böyük uğurlara imza atmış, Türkiyə futbolu üçün çox önəmli şəxsiyyətdir. Hər məşqçinin fərqli düşüncə tərzi, futbol fəlsəfəsi, anlayışı, xarakteri var. Təbii ki, Hiddinklə Terim arasında ciddi fərqlər var. Uğura gedən yolda fərqli işlər görürlər. Ancaq hər ikisi də çox uğurlar qazanıb.
- Belə fikirlər də irəli sürülür ki, Türkiyə yığmasının baş məşqçisi yerli mütəxəssis olmalıdır. Çünki dil problemləri ilə üzləşməyərək, futbolçuları daha yaxşı ruhlandıra, motivasiya edə biləcək...
- Bu, bir baxışdır. Təbii ki, milli duyğular, öz həmyerlini tanımaq çox önəmlidir. Ancaq futbolun inkişaf etdiyi dövrdə türk, yaxud əcnəbi olsun, motivasiya eynidir. Sadəcə, belə gerçəklik var ki, türk insanlarında millətçilik duyğuları çox yüksəkdir. Onun motivasiya baxımdan işi əcnəbidən daha asan ola bilər. Ancaq bunu da unutmamaq lazımdır ki, cənab Hiddink çox dəyərli bir insandır. Çalışdığı Avstraliya, Cənubi Koreya və Rusiya tam fərqli mədəniyyətləri olan ölkələrdir. Hiddink elə bir insandır ki, işlədiyi ölkənin mədəniyyətini çox yaxşı təhlil edə bilir, buna uyğun yanaşma qurur.
- Azərbaycanda tanıdığınız futbolçu yalnız Rəşad Sadıqovdur?
- Belə demək olar. Ən azı ona görə ki, yığmamız Rəşadın vurduğu gözəl qol sayəsində yenildi. Onun Türkiyə Superliqasında oynadığını bilirəm.
- Ümumiyyətlə, Rəşad Türkiyədə tanınmış futbolçudur?
- Təbii ki. O, səviyyəli futbolçudur. İndi futbolçularınızın adlarını söyləməkdə çətinlik çəkərəm. Ancaq fikrim belədir ki, həqiqətən səviyyəli, xarakterli futbolçulara sahibsiniz.
- Ancaq bu faktdır ki, Türkiyədə futbolçularımıza diqqət yoxdur, ölkənizdə çox az həmyerlimiz oynayır. Futbolçularımızın səviyyəsi Superliqa tələblərinə cavab vermir, yoxsa?
- Biz futbol oynadığımız vaxtda da belə idi. Bəlkə də həmin vaxt Avropada hər klubda oynamağa layiq futbolçular idik. Ancaq o zaman xaricə gedə bilmədik. Çünki menecerlik sistemi yox idi. Sizin menecerlər Türkiyə futbol bazarına daha asan daxil ola bilər. Bu üzdən belə məsələləri oturub, gözəl şəkildə müzakirə etmək lazımdır.
Futbol
London derbisində “Arsenal” “Çelsi”ni məğlub edib
İspaniya La Liqası: “Barselona” səfərdə “Valensiya”nı darmadağın edib
Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub
La Liqa: “Real Madrid” bu mövsüm ilk məğlubiyyətini alıb
Xəbər Lenti
Nepalda sel fəlakətində ölənlərin sayı 1344-ə çatıb
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
London derbisində “Arsenal” “Çelsi”ni məğlub edib
İspaniya La Liqası: “Barselona” səfərdə “Valensiya”nı darmadağın edib
Şəkidə piyadanı avtomobil vurub öldürüb
Zelenski Rusiya ilə danışıqlar prosesinin bərpa olunduğunu bildirib
Kuşner: Tramp Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı yeni təkliflər paketinin hazırlanmasını tapşırıb
Kabardin-Balkariyada alpinistlər qar uçqununun altında qalıb
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4362 nəfərə çatıb
Husilər Səudiyyə Ərəbistanına məxsus PUA-nı vurduqlarını açıqlayıblar
Ucarda yük avtomobili yanıb
Zelenskinin Uitkoff və Kuşnerlə görüşü başa çatıb, “Avropa üçlüyü”nün iştirakı ilə ikinci raund olacaq- VİDEO - YENİLƏNİB-1
Yağış yağacaq, leysan olacaq, dağ çaylarından sel keçəcək - XƏBƏRDARLIQ
Prezidentin sosial şəbəkə hesablarında HDQ qərargahını ziyarəti ilə bağlı paylaşım edilib
Dehlidə yataqxana binası uçub, 3 nəfər ölüb, 50 nəfər dağıntılar altında qalıb - VİDEO
İsrail Livanın cənubuna aviazərbə endirib, ölənlər var - YENİLƏNİB-1
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Şahin Mustafayev iranlı nazirlə dəmir yolu tikintisini müzakirə edib
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
Lavrov: Almaniya yenə müharibə istəyir
Roma Papası Ukrayna münaqişəsinin nizamlanması üçün yeni cəhdlərin uğurlu olmasını arzulayıb
Tibetdə torpaq sürüşməsində ölənlərin sayı 43 nəfərə çatıb, 519 nəfər itkin düşüb
Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub - FOTO - VİDEO
Çester divarlarından Çörçillin heykəlinə: Britaniyanın tarixi irsi hansı təhlükələrlə üzləşir? - ARAŞDIRMA
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var - FOTO
ABŞ-də milli irs vandalizmdən necə qorunur? - TƏHLİL
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Qubada yol qəzasında 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB
Almaniyanın Kil şəhərində aşkarlanan bombaya görə 5 mindən çox insan təxliyə ediləcək
Sabah yağış yağacaq, leysan olacaq
Türkiyədə tarixi abidələrin vandalizmə məruz qalması ciddi problemə çevrilib - FOTO
Astarada başına boru düşən Cəlilabad sakini ölüb
Prezident İlham Əliyev Esvatini Kralını Müstəqillik Günü münasibəti ilə təbrik edib
Misirdə keçmiş televiziya aparıcısı ölüm cəzasına məhkum edilib
BDYPİ gözlənilən hava şəraitində sürücülərə diqqətli olmağı tövsiyə edib
Yəməndə hökumət qüvvələri hücuma keçib, husilər strateji rayona nəzarəti itirib
Kreml Putin-Uitkoff-Kuşner danışıqlarının detallarını açıqlayıb
Dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
Ağdamda traktor minaya düşüb, xəsarət alan var - YENİLƏNİB
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ukrayna Ryazan neft emalı zavoduna PUA zərbəsi endirib
Tramp: İspaniya sərhədlərinə nəzarət edə bilmir
ABŞ hərbçiləri Sakit okeanda narkokartelə məxsus gəmiləri batırıb
Bloomberg: Süni intellekt üçün data mərkəzlərinin tikintisi ABŞ-də narazılıq yaradır
Merz: Almaniya hökuməti lazım olan ictimai dəstəyi ala bilmir
Tramp və Vens Respublikaçılar Partiyasının qurultayında çıxış edəcəklər
Pit Heqset İranı hədələyib: Tankerlərinizi məhv edəcəyik
KİV: NATO-da Avropanın Rusiya ilə uzunmüddətli müharibəyə tab gətirə bilməyəcəyindən ehtiyat edirlər
SEPAH: İran ABŞ-ın aviadaşıyıcısına ballistik raketlərlə zərbələr endirib