Bank Of Baku

Azərbaycan yığması məğlubiyyətlə başladı

Azərbaycan yığması məğlubiyyətlə başladı
# 02 fevral 2011 15:44 (UTC +04:00)
Bakı – APA. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan Azərbaycan yığması yoldaşlıq matçı keçirib. Apasport.az saytının məlumatına görə, 2011-ci ilin ilk oyununa çıxan Berti Foqtsun yetirmələri ilk rəqibi yığma yox, klub olub. Futbolçularımız Ukraynanın “Metallist” komandası ilə münasibətlərinə aydınlıq gətiriblər.

Görüşün ilk dəqiqələrindən təşəbbüsə yiyələnən xarkovlular qarşılaşmanın sonlarında bu üstünlüyü qola çevirməyi bacarıblar. “Metallist” görüşün 85-ci dəqiqəsində Denis Oleynikin vurduğu dəqiq zərbə sayəsində minimal hesablı qələbə qazanıb.

Qeyd edək ki, ilə məğlubiyyətlə başlayan yığmamız növbəti görüşünü fevralın 9-da Macarıstan milli komandasına qarşı keçirəcək. Bu oyun da Dubayda baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR