Bank Of Baku

“Neftçi” Braziliyanın “Santos” klubunun futbolçusunu transfer etdi

“Neftçi” Braziliyanın “Santos” klubunun futbolçusunu transfer etdi
# 03 fevral 2011 13:09 (UTC +04:00)
Bakı – APA. “Neftçi” gözlənilən transferini həyata keçirib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi əlcəzairli Yasin Hima və yerli qapıçı Vitali Kovalyovun ardından Braziliyadan da oyunçu alıb.

“Ağ-qaralar” “Futbol kralı” Pelenin klubu olan “Santos”dan Rodriginyonu transfer edib. Braziliya mətbuatının yazdığına görə, 29 yaşlı futbolçu üçün “Neftçi” 170 min dollar ödəyəcək.

Qeyd edək ki, Rodriginyo son mövsüm 27 oyunda 2 qol vurub. O, bunadək “Atletiko”, “Portugeza”, “Botofoqo”, “Bayya”, “Sport”, “Avai”, “Mirassol” və “Quarani”də çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR