Bank Of Baku

Braziliyalı qapıçı 95-ci qolunu vurdu

Braziliyalı qapıçı 95-ci qolunu vurdu
# 04 fevral 2011 13:05 (UTC +04:00)
Bakı – APA. Braziliya yığmasının sabiq qapıçısı Rokerio Seni növbəti qolunu vurub. Apasport.az saytının məlumatına görə, dünyanın ən məhsuldar qolkiperi karyerası ərzində rəqib qapılarından keçirdiyi topların sayını 95-ə çatdırıb.

38 yaşlı veteranı 100-cü yubiley qolundan cəmi 5 top ayırır.

“San Paulu”da oynayan Rojerio eyniadlı ştatın çempionatında baş tutan “Linense” ilə görüşdə fərqlənib. O, matçın 85-ci dəqiqəsində cərimə zərbəsindən rəqib komandadan olan həmkarını məyus edib. Hesab 2:2 olarkən səhnəyə çıxan Seninin qolu matçda həlledici olub – 3:2.

Qeyd edək ki, karyerası boyu yalnız “San Paulu”da oynamış Rojerio 2002-ci ilin dünya çempionudur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR