Bank Of Baku

“Mançester Yunayted” “Qəbələ” klubunu məğlub edib

“Mançester Yunayted” “Qəbələ” klubunu məğlub edib
# 09 fevral 2011 09:19 (UTC +04:00)
Bakı – APA. İngiltərədə səfərdə olan “Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası ilk oyununu keçirib. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, “Mançester Yunayted”in 14 yaşlıları ilə üzləşən həmyerlilərimiz qapısından 3 cavabsız top buraxıblar.
Qarşılaşma “qırmızı şeytanlar”ın əsas heyətinin məşq etdiyi Karringtonda baş tutub. İlk hissə bərabər mübarizə şəraitində keçib. Hər iki tərəfin fərqlənmək imkanları olsa da, ilk hissədə hesab dəyişməyib. İkinci hissənin ortalarında təmsilçimizin müdafiə xəttinin bir anlıq sayıqlığı itirməsindən yararlanan rəqib hesabı açıb. İrəliləyən dəqiqələrdə “Qəbələ”nin heyətin demək olar ki yarısını əvəzləməsi “qırmızı şeytanlar”ın üstünlüyü ələ keçirməsi və daha iki dəfə fərqlənməsi ilə nəticələnib.
Xatırladaq ki, təmsilçimiz ikinci matçda daha bir güclü rəqiblə - “Everton”la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 19:00-da baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR