Bank Of Baku

Azərbaycan yığmasında oynayan futbolçuların sayı artıb

Azərbaycan yığmasında oynayan futbolçuların sayı artıb
# 10 fevral 2011 08:55 (UTC +04:00)
Bakı – APA. Azərbaycan milli komandasının şərəfini qorumuş futbolçuların sayı artıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Berti Foqts Macarıstanla yoldaşlıq oyununda (0:2) daha 2 gəncə yığmada debüt şansı yaradıb. Bunlar Murad Hüseynov və Arif İsayevdir.

Millimizin indiyədək keçirdiyi 171 matçında 165 futbolçu forma geyinmişdi. Bu dəfə start heyətdə meydana çıxan Murad bu siyahıya 166-cı kimi düşdü. Macarlarla qarşılaşmanın gedişində mübarizəyə atılan Arif isə 167-ci oldu.

Qeyd edək ki, 2010-cu ildə 6 futbolçu bu siyahıya daxil olmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR