Bank Of Baku

Azərbaycan yığması reytinq cədvəlində irəlilədi

Azərbaycan yığması reytinq cədvəlində irəlilədi
# 10 fevral 2011 14:01 (UTC +04:00)
Bakı – APA. Futzal üzrə milli komandaların yeni reytinq cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması yeni siyahıda 4 pillə irəliləyərək, 12-ci yerə yüksəlib.

Komandamızın hesabında 2080 xalı var. Millimiz bu göstərici ilə Avropada yığmaları arasında irəliləməyə nail olub. Belə ki, qitə üzrə son siyahıda 9-cu olan futzalçılarımız indi 6-cı yerdədirlər.

Dünya reytinqinin ilk “üçlüy”ü isə dəyişməz qalıb. Avropa çempionatının seçmə mərhələsində də rəqibimiz olan İspaniya yığması bu dəfə də I pillədəki yerini qoruyub. Onların aktivində 2391 xalı var. İkinci yerdə Braziliya (2351), üçüncü yerdə isə İran milli komandaları qərarlaşıblar.

Qeyd edək ki, Avropa çempionatının qrup mərhələsində digər rəqiblərimiz – Fransa və Qazaxıstan isə ilk “20-lik”də yer almayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR