Bank Of Baku

“Bakı” “Şaxtyor”un sabiq futbolçusu ilə müqavilə bağlayıb

“Bakı” “Şaxtyor”un sabiq futbolçusu ilə müqavilə bağlayıb
# 11 fevral 2011 10:25 (UTC +04:00)
Bakı – APA. "Bakı" ukraynalı hücumçu Ruslan Leviqa ilə müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, müqavilə şərtlərinə əsasən Leviqa 1 il müddətində paytaxt təmsilçisinin şərəfini qoruyacaq.

1983-cü il yanvarın 31-də Ukraynada anadan olan Ruslan vətənində yetirməsi olduğu "Şaxtyor", həmçinin "Metallurq" (Donetsk), "Borisfen", "İlyiçevets", "Çernomorets", Rusiyanın "Sokol" (Saratov) klublarında çıxış edib. Son komandası isə Qazaxıstanda "Tobol" olub.

Qeyd edək ki, Leviqa Ukraynanın gənclərdən ibarət milli komandasında (U-21) 2 oyun keçirib, 1 qola imza atıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR