Bank Of Baku

Roberto Karlos Azərbaycana gəlir

Roberto Karlos Azərbaycana gəlir
# 14 fevral 2011 07:30 (UTC +04:00)
Bakı – APA. Braziliyalı yığmasının sabiq futbolçusu Roberto Karlos Azərbaycana gələcək. Apasport.az saytının məlumatına görə, uzun illər Madrid “Real”ının heyətində çoxsaylı titullar qazanan 38 yaşlı sol cinah müdafiəçisi Rusiyanın “Anji” klubuna keçməklə yanaşı, ilk dəfə ölkəmizə də səfər edəcək.

Çünki Mahaçqala təmsilçisi yeni mövsümə hazırlığın son mərhələsini Bakıda keçirəcək. Bu, martın 4-dən 9-dək olacaq. Martın 5-də yoldaşlıq görüşü keçirəcək “Anji” kiminlə görüşəcəyi hələ dəqiqləşməyib.

Qeyd edək ki, “Anji” ilə 2,5 illik müqavilə imzalayan Karlos Rusiyada ən yüksək ödənişli futbolçu oldu. İldə 6,5 milyon avro qazanacaq dünya şöhrətli futbolçu yeni klubunda həmyerlilərimizlə - məşqçi Vaqif Sadıqov, futbolçu Mahir Şükürov və komandanın rəisi Emin Ağayevlə birgə olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR