Prezident İlham Əliyev: ““İnter” klubu Ermənistan komandası üzərində inamlı qələbə ilə bütün Azərbaycan xalqını sevindirib”
Dövlət başçısı “İnter”in Ermənistanın “Mika” klubu üzərində qələbəsini də yüksək dəyərləndirib: “Hər bir oyun çox vacib idi, amma sirr deyil ki, Azərbaycan azarkeşlərinin ən çox marağını cəlb edən Ermənistan komandası ilə olan oyun idi. Siz bu inamlı qələbə ilə bütün Azərbaycan xalqını sevindirmisiniz. Böyük üstünlüklə qalib gəlmiş, rəqib komandanı darmadağın etmisiniz. Bir sözlə, bu qələbə onu göstərir ki, Azərbaycanda artıq futbolda böyük və inamlı addımlar atılır. Futbol inkişaf edir, həm milli komandamız rəsmi oyunlarda artıq qələbələrə qədəm qoyubdur, həm də klublarımız. Deyə bilərəm və siz də yaxşı bilirsiniz ki, klublarımız daha böyük qələbələr əldə edirlər. Azərbaycan çempionatı da maraqlı keçir və ildən-ilə oyunlara maraq artır, komandalar güclənir. Ümid edirəm ki, yaxın gələcəkdə bizim komandalarımız daha böyük nailiyyətlərə çatacaqlar. Azərbaycan azarkeşləri, əslində, idmançılarımızın qələbələrinə bir növ öyrəşiblər. Müxtəlif idman növlərində bizim böyük nəticələrimiz var. Olimpiya, dünya, Avropa çempionlarımız var. Əlbəttə ki, futbolda əldə edilmiş qələbə xüsusi məna daşıyır. Mən bu böyük qələbə münasibətilə sizin hamınızı bir daha təbrik edirəm. Komandaya yeni uğurlar arzulayıram. Əminəm ki, siz növbəti illərdə də Azərbaycan azarkeşlərini sevindirəcəksiniz”.
Daha sonra prezident İlham Əliyev Azərbaycan futbolunu dünya standartlarına çatdırmaq üçün hələ çox işlər görməyin vacibliyini vurğulayıb, hazırda federasiyanın fəaliyyətinin gücləndiyini, klub və uşaq futboluna, futbol infrastrukturunun yaradılmasına diqqətin artırıldığını bildirib.
Azərbaycanda qeyri-ənənəvi idman növlərinin də inkişaf etdirildiyini deyən prezident İlham Əliyev futbolun ölkəmizdə həmişə sevildiyini vurğulayıb. Azərbaycan komandasının hələ SSRİ dövründə ölkə çempionatında bürünc medal qazandığını xatırladan dövlət başçısı müstəqillik illərində respublikamızın futbol klublarının bir çox yarışlarda iştirak etdiyini, qazanılan hər bir qələbənin hamımızı sevindirdiyini bildirib.
Prezident İlham Əliyev əmin olduğunu vurğulayıb ki, dövlətin dəstəyi və federasiyanın məqsədyönlü işi Azərbaycanda futbolun inkişafını daha da sürətləndirəcək. Hazırda bir çox mütəxəssislərin Azərbaycan çempionatının səviyyəsinin yüksəldiyini vurğuladığını deyən prezident İlham Əliyev komandalarımızın beynəlmiləl tərkibinin inkişafa xidmət etdiyini söyləyib. Dövlət başçısı deyib ki, Azərbaycanda bütün xalqların nümayəndələri həmişə dostluq şəraitində yaşayıb və ölkəmizin inkişafına çalışıblar.
“İnter” komandasının böyük gələcəyinin olduğunu deyən prezident İlham Əliyev bir daha bildirib ki, Azərbaycan dövləti gələcəkdə də futbolun inkişafına böyük diqqət yetirəcək.
Dövlət başçısı bu sahədə infrastrukturun inkişafı, stadionların tikintisi ilə bağlı böyük planların olduğunu, bu il Azərbaycanda yeni futbol stadionunun inşasına başlanacağını xatırladıb.
“İnter” klubunun baş məşqçisi Kaxaber Tsxadadze prezident İlham Əliyevi komandamızın “Birlik” kuboku yarışlarında qazanılmış qələbə münasibətilə təbrik edərək idmana, o cümlədən futbola göstərdiyi qayğıya görə minnətdarlığını bildirib. O deyib ki, belə mötəbər yarışdakı qələbə “İnter”i daha da ruhlandırıb. K. Tsxadadze son illərdə futbolun inkişafında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Peşəkar Futbol Liqasının rolunu vurğulayıb və futbolçularımızın bundan sonra da mötəbər beynəlxalq turnirlərdə daha böyük uğurlar qazanmağa səy göstərəcəklərini bildirib.
Komandanın oyunçusu Rövşən Əmiraslanov Azərbaycanda futbolun inkişafına hərtərəfli qayğısı və dəstəyinə görə prezident İlham Əliyevə futbolçular, “İnter” klubu və futbol ictimaiyyəti adından minnətdarlığını bildirib.
“İnter” klubunun prezidenti Georgi Nikolov “Birlik” kubokunu və medalını, üzərində “İnter” futbolçularının imzası olan topu, habelə komandanın futbol geyimini dövlətimizin başçısına hədiyyə edib.
Hədiyyələrə görə təşəkkür edən prezident İlham Əliyev futbolçuların fiziki hazırlıq səviyyəsini saxlamalarının vacibliyini, onların gələcəkdə də uğurlar qazanacağına əminliyini söyləyib, “İnter” komandasını bir daha təbrik edib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev idmançılar və futbol ictimaiyyəti adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Sonda xatirə şəkli çəkdirilib.
Futbol
London derbisində “Arsenal” “Çelsi”ni məğlub edib
İspaniya La Liqası: “Barselona” səfərdə “Valensiya”nı darmadağın edib
Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub
La Liqa: “Real Madrid” bu mövsüm ilk məğlubiyyətini alıb
Xəbər Lenti
Nepalda sel fəlakətində ölənlərin sayı 1344-ə çatıb
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
London derbisində “Arsenal” “Çelsi”ni məğlub edib
İspaniya La Liqası: “Barselona” səfərdə “Valensiya”nı darmadağın edib
Şəkidə piyadanı avtomobil vurub öldürüb
Zelenski Rusiya ilə danışıqlar prosesinin bərpa olunduğunu bildirib
Kuşner: Tramp Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı yeni təkliflər paketinin hazırlanmasını tapşırıb
Kabardin-Balkariyada alpinistlər qar uçqununun altında qalıb
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4362 nəfərə çatıb
Husilər Səudiyyə Ərəbistanına məxsus PUA-nı vurduqlarını açıqlayıblar
Ucarda yük avtomobili yanıb
Zelenskinin Uitkoff və Kuşnerlə görüşü başa çatıb, “Avropa üçlüyü”nün iştirakı ilə ikinci raund olacaq- VİDEO - YENİLƏNİB-1
Yağış yağacaq, leysan olacaq, dağ çaylarından sel keçəcək - XƏBƏRDARLIQ
Prezidentin sosial şəbəkə hesablarında HDQ qərargahını ziyarəti ilə bağlı paylaşım edilib
Dehlidə yataqxana binası uçub, 3 nəfər ölüb, 50 nəfər dağıntılar altında qalıb - VİDEO
İsrail Livanın cənubuna aviazərbə endirib, ölənlər var - YENİLƏNİB-1
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Şahin Mustafayev iranlı nazirlə dəmir yolu tikintisini müzakirə edib
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
Lavrov: Almaniya yenə müharibə istəyir
Roma Papası Ukrayna münaqişəsinin nizamlanması üçün yeni cəhdlərin uğurlu olmasını arzulayıb
Tibetdə torpaq sürüşməsində ölənlərin sayı 43 nəfərə çatıb, 519 nəfər itkin düşüb
Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub - FOTO - VİDEO
Çester divarlarından Çörçillin heykəlinə: Britaniyanın tarixi irsi hansı təhlükələrlə üzləşir? - ARAŞDIRMA
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var - FOTO
ABŞ-də milli irs vandalizmdən necə qorunur? - TƏHLİL
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Qubada yol qəzasında 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB
Almaniyanın Kil şəhərində aşkarlanan bombaya görə 5 mindən çox insan təxliyə ediləcək
Sabah yağış yağacaq, leysan olacaq
Türkiyədə tarixi abidələrin vandalizmə məruz qalması ciddi problemə çevrilib - FOTO
Astarada başına boru düşən Cəlilabad sakini ölüb
Prezident İlham Əliyev Esvatini Kralını Müstəqillik Günü münasibəti ilə təbrik edib
Misirdə keçmiş televiziya aparıcısı ölüm cəzasına məhkum edilib
BDYPİ gözlənilən hava şəraitində sürücülərə diqqətli olmağı tövsiyə edib
Yəməndə hökumət qüvvələri hücuma keçib, husilər strateji rayona nəzarəti itirib
Kreml Putin-Uitkoff-Kuşner danışıqlarının detallarını açıqlayıb
Dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
Ağdamda traktor minaya düşüb, xəsarət alan var - YENİLƏNİB
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ukrayna Ryazan neft emalı zavoduna PUA zərbəsi endirib
Tramp: İspaniya sərhədlərinə nəzarət edə bilmir
ABŞ hərbçiləri Sakit okeanda narkokartelə məxsus gəmiləri batırıb
Bloomberg: Süni intellekt üçün data mərkəzlərinin tikintisi ABŞ-də narazılıq yaradır
Merz: Almaniya hökuməti lazım olan ictimai dəstəyi ala bilmir
Tramp və Vens Respublikaçılar Partiyasının qurultayında çıxış edəcəklər
Pit Heqset İranı hədələyib: Tankerlərinizi məhv edəcəyik
KİV: NATO-da Avropanın Rusiya ilə uzunmüddətli müharibəyə tab gətirə bilməyəcəyindən ehtiyat edirlər
SEPAH: İran ABŞ-ın aviadaşıyıcısına ballistik raketlərlə zərbələr endirib