Bank Of Baku

FİFA AZAL-ın stadionuna 2 ulduz verdi

FİFA AZAL-ın stadionuna 2 ulduz verdi
# 16 fevral 2011 12:29 (UTC +04:00)
Bakı – APA. AZAL futbol klubu üçün Şüvəlan qəsəbəsində tikilən stadionun süni örtüklü meydançası FİFA tərəfindən qəbul edilib. Apasport.az saytının xəbərinə görə, bununla bağlı FİFA prezidenti Yozef Blatterin imzası ilə komandanın ofisinə göndərilən sertifikatda bu haqda məlumat verilib.

AZAL-ın stadionunu "2 STAR" (iki ulduz) sertifikatı ilə təltif edən beynəlxalq futbol qurumu meydançanın səviyyəsini yüksək qiymətləndirib.

Xatırladaq ki, yanvarın 26-da Sürixdən gələn mütəxəssislər meydançaya texniki baxış keçirmişdi. Onların rəyinə əsasən Hollandiyanın "EDEL GRASS" şirkəti tərəfindən döşənliən öt örtüyü bütün tələblərə cavab verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR