Bank Of Baku

“Deportivo” futbol klubunun vitse-prezidenti güllələnib

“Deportivo” futbol klubunun vitse-prezidenti güllələnib
# 21 fevral 2011 12:03 (UTC +04:00)
Bakı – APA. Qvatemalanın “Deportivo” klubunun vitse-prezidenti Karlos Noa Qomes güllələnib. Apasport.az saytının məlumatına görə, klub rəsmisi naməlum şəxslər tərəfindən atəşə tutulub.

Qvatemala polisi Qomesin klub rəhbərliyi ilə görüşdən çıxarkən öldürüldüyünü bildirib. O, son vaxtlar hədə-qorxu ilə dolu anonim məktublar alırmış.

Hazırda ölkə çempionatının sonuncu pilləsində qərarlaşan “Deportivo”dakı bu hadisə Qvatemala futbolunda ilk deyil. Ötən ilin noyabrında aşağı dəstədə oynayan futbolçu Karlos Vaskes Mersedesin cəsədi 5 hissəyə parçalanaraq, ayrı-ayrı paketlərdə tapılmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR