Bu, bütün qitə çempionatlarının seçmə mərhələlərində oynamış yığmamızın 8-ci cəhdidir. Komandamız beşqat Avropa çempionları İspaniya, həmçinin Qazaxıstan və Fransa ilə mübarizə aparacaq.
İlk dəfə seçmə oyunları ölkəmizdə keçirəcək komandamız ardıcıl 2-ci dəfə bu səddi adlamağa çalışacaq.
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
1 | 1996 | İspaniya | seçmə mərhələ (Hollandiya) | 6 | VI | 5 | 1 | 0 | 4 | 12-25 | 3 |
2 | 1999 | Rusiya | seçmə mərhələ (Belçika) | 3 | II | 2 | 0 | 2 | 0 | 4-4 | 2 |
3 | 2001 | İspaniya | seçmə mərhələ (Macarıstan) | 4 | III | 3 | 1 | 1 | 1 | 12-8 | 4 |
4 | 2003 | İtaliya | seçmə mərhələ (Portuqaliya) | 4 | III | 3 | 1 | 0 | 2 | 5-9 | 3 |
5 | 2005 | İspaniya | seçmə mərhələ (Serbiya) | 4 | III | 3 | 1 | 0 | 2 | 8-10 | 3 |
6 | 2007 | İspaniya | seçmə mərhələ (Hollandiya) | 4 | II | 3 | 1 | 2 | 0 | 17-12 | 5 |
7 | 2010 | İspaniya | seçmə mərhələ (Portuqaliya) | 4 | II | 3 | 2 | 1 | 0 | 12-7 | 7 |
|
|
| final mərhələsi (Macarıstan) | 12 | IV | 5 | 2 | 2 | 1 | 17-13 | 8 |
8 | 2012 |
| seçmə mərhələ (Azərbaycan) |
|
|
|
|
|
|
|
|
CƏMİ |
|
|
|
|
| 27 | 9 | 8 | 10 | 87-88 | 35 |
1 – çempionatın nömrəsi, 2 – final mərhələsinin keçirildiyi il, 3 - Avropa çempionu, 4 – Azərbaycan milli komandasının qatıldığı turnir (həmin turnirin keçirildiyi ölkə), 5 – həmin turnirdə iştirakçıların sayı, 6 – yer, 7 – oyun, 8 – qələbə, 9 – heç-heçə, 10 – məğlubiyyət, 11 - top fərqi, 12 – xal.
Fevralın 24-də Avro-2012-nin seçmə mərhələsində ilk oyununa çıxacaq Azərbaycan millisi üçün ilk görüş əlamətdar ola bilər. Belə ki, Joze Alessio da Silvanın yetirmələri qitə çempionatlarında yubiley qələbəsini qazana bilər.
Qazaxıstanla oyunadək 9 dəfə rəqiblərindən 3 xal alan komandamız 7 dəfə seçmə, 2 dəfə final mərhələsində qalib gəlib.
Qeyd edək ki, bütün statistikalarda oyunun nəticəsi penaltilər seriyası nəzərə alınmadan hesablanır. Bu üzdən də millimizin oyun sonrası “lotereya”dakı 2 qələbəsi heç-heçə kimi tarixə düşüb.
Yığmamızın Avropa çempionatlarındakı qələbələri
turnir | mərhələ (yer) | rəqib | hesab | tarix |
Avro-1996 | seçmə mərhələ (Hollandiya) | Polşa | 6:4 | 23.10.1995 |
Avro-2001 | seçmə mərhələ (Macarıstan) | Litva | 8:2 | 29.10.2000 |
Avro-2003 | seçmə mərhələ (Portuqaliya) | Gürcüstan | 4:1 | 09.11.2002 |
Avro-2005 | seçmə mərhələ (Serbiya) | Gürcüstan | 7:3 | 30.01.2004 |
Avro-2007 | seçmə mərhələ (Hollandiya) | Finlandiya | 8:3 | 25.02.2007 |
Avro-2010 | seçmə mərhələ (Portuqaliya) | Polşa | 4:3 | 20.05.2009 |
Avro-2010 | seçmə mərhələ (Portuqaliya) | Finlandiya | 5:1 | 22.05.2009 |
Avro-2010 | final mərhələsi (Macarıstan) | Macarıstan | 3:1 | 19.02.2010 |
Avro-2010 | final mərhələsi (Macarıstan) | Çexiya | 6:1 | 21.02.2010 |