Bank Of Baku

İsgəndər Cavadov: “Azərbaycana gələn legionerlər ancaq pulu düşünürlər”

İsgəndər Cavadov: “Azərbaycana gələn legionerlər ancaq pulu düşünürlər”
# 01 mart 2011 15:05 (UTC +04:00)
Bakı – APA. “Bildiyimə görə, AFFA-nın bu həftə keçirəcəyi İcraiyyə Komitəsinin iclasının gündəliyində legioner limiti ilə bağlı məsələ yoxdur. Ancaq əgər limit məsələsi müzakirəyə çıxarılarsa, bununla bağlı mövqeyimi bildirəcəyəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında AFFA-nın İcraiyyə Komitəsinin (İK) üzvü İsgəndər Cavadov deyib.

Martın 4-də İcraiyyə Komitəsinin iclasından sonra keçiriləcək AFFA-nın növbəti Konfransının gündəliyinə legioner limitinin müzakirəsi daxil edilməsə də, dəyişiklik məsələsi həmişə diqqət mərkəzindədir. Təsadüfi deyil ki, gələn mövsümdən limitin azalacağı haqda xeyli müddətdir söz-söhbətlər gəzir. İK-ın gündəliyində “digər məsələlər” bölümü yenə var və burada limitin müzakirəsinə əvvəllər şahid olmuşuq.

Regional Futbol Federasiyalarının prezidenti olan Cavadov daha çox danışılan “6+5” variantının tərəfdarıdır: “Məncə, belə olsa, yaxşıdır. Bu, əvvəllər olan “5+2” kimi bir şeydir. Hesab edirəm ki, legioner limitini azaltmaq lazımdır ki, öz futbolçularımızın daha çox meydanda olub, oynamasına imkan yaransın. Onsuz da Azərbaycana yüksək səviyyəli legionerlər gəlmirlər. Gələnlər də daha çox pulu düşünürlər, nəticə onlar üçün 2-ci dərəcəlidir. Azərbaycanlı futbolçular niyə yoxdur ki? Klublar əvəzedici heyətlərindən futbolçular cəlb edə bilərlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR