Bank Of Baku

Rövnəq Abdullayev: “Hazırda ARDNŞ-in Olimpiya stadionu tikmək imkanı yoxdur”

Rövnəq Abdullayev: “Hazırda ARDNŞ-in Olimpiya stadionu tikmək imkanı yoxdur”
# 02 mart 2011 16:07 (UTC +04:00)
Apasport.az saytının xəbərinə görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib.

Eyni zamanda AFFA-ya da rəhbərlik edən Abdullayev paytaxtda tikiləcək yeni arenanın qiymətinin 1 milyard dollar olacağı barədə yayılan xəbərlərin yanlış olduğunu söyləyib: “Mən bildiyimə görə, hazırda dünyanın ən bahalı stadionu Pekində yerləşir və bu arena 370 milyon dollara başa gəlib. Biz son zamanlar Türkiyədə inşa olunan stadionların qiymətləri ilə də maraqlanmışıq. Yəni, Bakıda tikiləcək stadionun 1 milyard dollara başa gələcəyi barədə yayılan xəbərlər düzgün deyil. Hələlik yeni stadionun hansı mənbədən maliyyələşəcəyi müzakirə olunur. Dövlət Neft Şirkəti olaraq, hazırda bizim belə bir stadion tikmək imkanımız yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR