Bank Of Baku

Ronaldo iyunun 7-də futbolla vidalaşacaq

Ronaldo iyunun 7-də futbolla vidalaşacaq
# 03 mart 2011 02:53 (UTC +04:00)
Bakı-APA. İkiqat dünya çempionu, 34 yaşlı braziliyalı futbolçu Ronaldo vida oyununu iyunun 7-də yığmanın tərkibində San-Pauludakı «Pakaembu» stadionunda Rumıniya futbolçularına qarşı keçirəcək.

Sonuncu dəfə Ronaldo yığmanın heyətində meydançaya Almaniyada 2006-cı ildə keçirilən dünya çempionatında çıxıb. O zaman braziliyalılar 1/4 finalda Fransaya məğlub olaraq mübarizəni dayandırmışdılar. Daimi zədələr Ronaldoya daha sonra yığmanın tərkibində iştirak etməyə imkan vermədilər.

Ötən həftə futbolçu son zamanlar fiziki vəziyyəti pisləşdiyinə görə peşəkar idmançı karyerasını bitirdiyini açıqlamışdı.

Ronaldo Braziliya yığmasının tərkibində 1994-cü illərdə dünya çempionu olub. Üç dəfə FİFA versiyası üzrə ilin ən yaxşı futbolçusu seçilib (1996, 1997, 2002).

O PSV, «Barselona», «Real» (Madrid), «İnter» və «Milan» kimi komandaların şərəfini qoruyub.

Ronaldo – UEFA kubokunun (1997 – 1998), Kuboklar kubokunun (1996 – 1997), Qitələrarası kubokun (2002), Fövqəlkubokun (2002, 2007) sahibidir. O 2002-ci ildə Asiyada keçirilmiş dünya çempionatının ən güclü bombardiri olub. Dünya çempionatlarının final mərhələsində ən çox top vuran (15) oyunçu da odur. 1997 və 2002-ci illərdə Avropada ilin futbolçusu adını qazanıb. Ronaldo FİFA 100 siyahısına daxil edilib.

2009-cu ildən Ronaldo Braziliyanın «Korintians» (San-Paulu) klubunda oynayırdı.

O klubda son oyununu «Santos»a qarşı keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR