Bank Of Baku

Rövnəq Abdullayev “Neftçi” – “Xəzər Lənkəran” görüşündən danışdı

Rövnəq Abdullayev “Neftçi” – “Xəzər Lənkəran” görüşündən danışdı
# 04 mart 2011 09:11 (UTC +04:00)
Bakı – APA. Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin (İK) iclası başlayıb. Apasport.az saytının xəbərinə görə, İK üzvlərindən Elşad Nəsirovla Cahangir Hacıyev toplantıya qatılmayıb. Yığıncağın ilk dəqiqələri media nümayəndələri üçün açıq olub. Həmin müddətdə Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Neftçi” – “Xəzər Lənkəran” oyunundan bəhs olunub.

Xarici qonaqların, o cümlədən UEFA prezidenti Mişel Platinin müşavirinin də qatıldığı iclasda çıxış edən AFFA prezidenti Rövnəq Abdullayev həmin görüşdən danışıb: “Stadiona gedə bilməsəm də, matçı televiziyadan izlədim. Gözəl, baxımlı oyun alındı. Sevindiricidir ki, azarkeşlər də artıq stadionlara gəlir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR