Bank Of Baku

Berti Foqts “Beşiktaş” komandasının baş məşqçisi ola bilər

Berti Foqts “Beşiktaş” komandasının baş məşqçisi ola bilər
# 16 mart 2011 08:50 (UTC +04:00)
Bakı – APA. Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts karyerasını Türkiyədə davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 65 yaşlı mütəxəssis “Beşiktaş” komandasını çalışdırmağa namizədlər sırasındadır.

Digər almaniyalı Bernd Şusterin istefaya göndərilməsindən sonra onu həmyerlisinin əvəzləyəcəyi iddia olunur.

Mövsümün sonunadək Tayfur Havutçuya tapşırılan komandanın yayda daha güclü mütəxəssislə əvəzlənəcəyi qaçılmazdır. Türkiyə mətbuatı isə artıq həmin posta müxtəlif çalışdırıcıların gələcəyini iddia edir.

Alman həmkarlarımız Foqtsun “Beşiktaş”ı çalışdıracağını yazır. Onun baş məşqçi olacağını iddia edən həmkarlarımız millimizin Türkiyə yığmasını məğlub etməsini almaniyalı üçün əsas üstünlük sayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR