Bank Of Baku

Çempionlar Liqasının 1/4 finalçıları müəyyənləşib

Çempionlar Liqasının 1/4 finalçıları müəyyənləşib
# 17 mart 2011 07:31 (UTC +04:00)
Bakı – APA. UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, son 1/4 finalçılar “Real” və “Çelsi” komandaları olub.

Madridlilər son illər məğlub edə bilmədiyi “Lion”dan qisas alıb. “Çelsi” isə səfərdə inamlı qələbə qazandığından, cavab oyununa ciddi yanaşmayıb. Debütant “Kopenhagen”lə Londonda qeydə alınan qolsuz bərabərliyi bunun nəticəsi saymaq olar.

Qeyd edək ki, 1/4 finalda ən çox İngiltərənin təmsilçidir – 3. Yəni, “Çelsi”yə qədər “Mançester Yunayted”lə “Tottenhem” də bu mərhələyə çıxıb. İspaniya 2 (“Real” və “Barselona”), İtaliya (“İnter”), Almaniya (“Şalke”), Ukrayna (“Şaxtyor”) 1 komanda ilə təmsil olunub. 1/4 final mərhələsinin püşkü sabah atılacaq.

16 mart
“Real” (İspaniya)
– “Lion” (Fransa) – 3:0
Marselo, 37, Benzema, 66, Di Mariya, 76
İlk oyun – 1:1

“Çelsi” (İngiltərə) – “Kopenhagen” (Danimarka) – 0:0
İlk oyun – 2:0
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR