Bank Of Baku

Avropa Liqasının püşkatma mərasimi keçirilib

Avropa Liqasının püşkatma mərasimi keçirilib
# 18 mart 2011 13:26 (UTC +04:00)
Bakı – APA. Bu gün Avropa Liqasının püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, Portuqaliyanın “Porto” komandası yenə ruslara rəqib olub.

Ötən mərhələdə MOİK-i mübarizədən kənarlaşdıran komanda bu dəfə Moskvanın digər təmsilçisi “Spartak”la görüşəcək.

Turnirdə qələbələri ilə diqqət mərkəzinə düşən Kiyev “Dinamo”sunu yarımfinala çıxmaq şansı yüksəkdir. Hər halda, “Mançester Siti”ni yenən ukraynalılar “Braqa”nın da öhdəsində gəlməlidir.

Ancaq digər tərəfdən, “Dinamo”nun rəqibinin də turnirin əsas favoritlərindən olan İngiltərənin güclü təmsilçisi “Liverpul”u üstələdiyini unutmaq olmaz. “Vilyarreal” – “Tvente” və “Benfika” – PSV cütlərində şansları bərabər saymaq olar.

1/4 final
I "Porto" - "Spartak"
II "Benfika" - PSV
III "Vilyarreal" - "Tvente"
IV "Braqa" - "Dinamo" (Ukrayna)

Yarımfinal
IV cütün qalibi - II cütün qalibi
I cütün qalibi - III cütün qalibi

Qeyd edək ki, Avroliqada ¼ final oyunları aprelin 7 və 14-də, yarımfinal görüşləri aprelin 28-də və mayın 5-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR