Bank Of Baku

Georgi Hacı “Qalatasaray”ın baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb

Georgi Hacı “Qalatasaray”ın baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb
# 25 mart 2011 15:21 (UTC +04:00)
APA-nın xəbərinə görə, komandanın ardıcıl olaraq aldığı uğursuz nəticələrdən sonra klub rəhbərliyi G. Hacının müqaviləsini vaxtından əvvəl ləğv etməyə qərar verib. Bu gün “Qalatasaray” prezidenti Adnan Polat, G. Hacı və onun meneceri arasında keçirilən görüşdə müqavilənin qarşılıqlı anlaşma ilə ləğv edilməsi qərarlaşdırılıb.

Xatırladaq ki, G. Hacı ötən ilin oktyabrında, Türkiyə çempionatının 8-ci turundan sonra, “Fənərbağça” ilə matçdan 3 gün əvvəl hollandiyalı Frank Raykaardın yerinə baş məşqçi təyin olunmuşdu. Lakin o, “Qalatasaray”ın uğursuz gedişini dayandıra bilməyib. Ötən həftə - martın 18-də “Qalatasaray” öz meydanında əzəli rəqibi “Fənərbağça”ya məğlub olduqdan sonra G. Hacının vəzifədən çıxarılması gündəmə gəlib və qərar bu gün verilib. Beləliklə, “Fənərbağça” ilə matçdan əvvəl “Qalatasaray”ın başına gətirilən G. Hacı “Fənərbağça” ilə matçdan sonra vəzifəsi ilə vidalaşmalı olub.

“Qalatasaray” hazırda turnir cədvəlində 11-ci sıradadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR