Bank Of Baku

“Qalatasaray”ı mövsümün sonuna qədər kimin çalışdıracağı bəlli olub

“Qalatasaray”ı mövsümün sonuna qədər kimin çalışdıracağı bəlli olub
# 25 mart 2011 16:27 (UTC +04:00)
Bakı – APA. George Hacının “Qalatasaray”ın baş məşqçisi vəzifəsindən ayrılmasından sonra komandanı bu mövsümün sonuna qədər hansı mütəxəssisin çalışdıracağı bəlli olub. APA-nın xəbərinə görə, “Qalatasaray”a çempionatın son 8 matçında Bülənt Ündər baş məşqçilik edəcək.

1949-cu il təvəllüdlü B. Ündər 1969-76-cı illərdə “Qalatasaray”da futbol oynayıb. “Qalatasaray”ın 4 il ardıcıl Türkiyə çempionu olduğu və UEFA kubokunu qazandığı illərdə (1996-2000) baş məşqçi Fateh Terimin köməkçisi vəzifəsində çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR